Modern.az

Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir

Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir

26 Oktyabr 2021, 16:24

Almaniya Bundestaqından nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Bu barədə Modern.az-a Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

 

Səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Carl-Julius Cronenberg rəhbərlik edəcək.

 

Səfər noyabrın 1-2-də reallaşacaq.

 

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü