Modern.az

Ramiz Abutalıbov: “Səhhətim pisləşdiyindən ad günümü qeyd etmirəm”

Ramiz Abutalıbov: “Səhhətim pisləşdiyindən ad günümü qeyd etmirəm”

Mədəni̇yyət

27 Oktyabr 2021, 12:51

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun doğum günüdür. O, 84 yaşını qeyd edir.

 

Modern.az saytının əməkdaşı doğum günü münasibəti ilə Ramiz Abutalıbovla əlaqə saxlayıb.

 

O, əməkdaşımıza səhhətinin yaxşı olmadığı üçün bu il ad gününü qeyd etməyəcəyini bildirib:

 

“Diqqətiniz üçün sizə çox təşəkkür edirəm. Təəssüf ki, bu il səhhətimlə əlaqəli olaraq ad günümü qeyd edə bilmirəm. Hətta sizinlə də çətinliklə danışıram”.

 

R.Abutalıbov Azərbaycanın diplomatiya sahəsində gördüyü işlərə də toxunub:

 

“Hələ ki Moskvadayam. Azərbaycana nə zaman qayıdacağım bəlli deyil.

 

Amma Azərbaycandakı diplomatik prosesləri yaxından izləyirəm və çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, bu sahədə də ən yüksək zirvəyə, qələbəyə nail olacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi