Modern.az

ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı

ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı

28 Oktyabr 2021, 00:48

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Ankarada Türkiyə Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

Görüş zamanı Türkiyənin kənarlaşdırıldığı F-35 döyüş təyyarəsi proqramı ilə bağlı məsləhətləşmələr aparılıb.

 

"ABŞ hakimiyyəti Türkiyənin F-35 proqramında əvvəlki iştirakı ilə bağlı məsələləri hörmətlə başa çatdırmaq niyyətindədir. Müzakirələr məhsuldar olub və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır", - deyə Pentaqon bildirib.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri almasından sonra ABŞ onu F-35 proqramından çıxarıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan proqram üçün ödənilən 1.4 milyard dolları geri almaq niyyətində olduğunu bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi