Modern.az

Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi - FOTOLAR

Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi - FOTOLAR

Mədəni̇yyət

28 Oktyabr 2021, 08:59

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Türkiyəyə səfəri çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət edib.

Modern.az xəbər verir ki, Səmayə ananın ziyarətindən çəkilmiş fotolar sosial şəbəkələrdə çoxsaylı izləyicilər tərəfindən alqışlanıb.

Səmayə Həşimovanın dünən  - oktyabrın 27-də Ankaradakı "Əsri" məzarlığına gedərək, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin məzarına baş çəkdiyi bildirlir.

Qeyd edək ki, Şəhid generalın anası Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankaradakı mavzoleyini - "Anıtqəbri" də ziyarət edib.

Xatırladaq ki, Türkiyənin Bursa şəhərində general-mayor Polad Həşimovun adına park açılıb.





A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir