Modern.az

\"Barselona\"dan müvəqqəti məşqçi TƏYİNATI

\

28 Oktyabr 2021, 16:30

İspaniya "Barselona" klubunun keçmiş futbolçusu, hazırda "Barselona B"ni çalışdıran Serxi Barxuan klubun baş məşqçi vəzifələrini icra edən təyin olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Kataloniya klubu "Twitter" səhifəsində bildirib.

 

İspaniya mətbuatının yazdığına görə, Serxi klubun digər əfsanəsi Xavi Ernandesin baş məşqçi təyin olunmasınadək vəzifədə qalacaq.

 

Hazırda "Barselona" rəhbərliyi ilə Xavi arasında danışıqların getdiyi bildirilir.

 

Qeyd edək ki, niderlandlı baş məşqçi Ronald Kumanın ötən gün "Rayo Valyekano"ya məğlubiyyətdən sonra vəzifədən azad edilmişdi.

 

Xavi isə hazırda Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir