Modern.az

İki məhkəmə sədri Şuraya üzv seçildi

İki məhkəmə sədri Şuraya üzv seçildi

Aktual

28 Oktyabr 2021, 16:47

Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.

 

Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub:

 

"Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

 

Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir