Modern.az

Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI

Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI

28 Oktyabr 2021, 17:54

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə tanınmış naşir, filologiya elmləri doktoru, professor Nadir Məmmədli təyinat alıb.

 

N.Məmmədli yeni təyinatı ilə bağlı xəbəri "Report"a təsdiqləyib.

 

Qeyd edək ki, Məmmədli Nadir Baloğlan oğlu 1959-cu ilin sentyabrın 19-da anadan olub.

 

O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik fars dili şöbəsini bitirib.

 

N.Məmmədli əvvəllər də, yəni 1985-1992-ci illərdə Dilçilik İnstitutunda çalışıb. 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində işləyib. O, 4-ü dərs vəsaiti olmaqla 17 kitabın kitabın müəllifidir.

 

N.Məmmədli Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

O, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının təsisiçisidir.

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi