Modern.az

Son iki gündə BDU-nun dördüncü müəllimi vəfat edib

Son iki gündə BDU-nun dördüncü müəllimi vəfat edib

Allah rəhmət eləsi̇n

11 Noyabr 2021, 12:04

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili kafedrasının dosenti Tamilla İmran qızı Qurbanova vəfat edib.

Universitetdən Modern.az-a verilən məlumata görə, 83 yaşında dünyasını dəyişən T.Qurbanova 1962-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1 dərslik, 3 tədris vəsaiti, 7 metodik məqalənin müəllifi olub.

Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.


Qeyd edək ki, son 2 gün ərzində Bakı Dövlət Universitetinin 4 müəllimi dünyasını dəyişib:

- Filologiya fakültəsinin dosenti Tamilla Qurbanova 83 yaşında;

- Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov 84 yaşında;

- Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev 75 yaşında;

- Filologiya fakültəsinin professoru Nizami Xəlilov 72 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı