Modern.az

Qaydanı pozan “AA” ilə bağlı Yol Polisindən AÇIQLAMA: “Umacaq, qorxacaq yerimiz yoxdu”

Qaydanı pozan “AA” ilə bağlı Yol Polisindən AÇIQLAMA: “Umacaq, qorxacaq yerimiz yoxdu”

21 Noyabr 2021, 14:51

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.

 

Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

 

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

 

Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

 

Qısa araşdırma aparılıb. Bəlli olub ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. İddialara görə klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Modern.az-a açıqlama verib:

 

"Cəmiyyətimizdə belə bir baxış var ki, "AA" seriasıdırsa deməli, hansısa nazirliyindir və ya dövlətə məxsusdur. Bu seriyadan hüquqi şəxslər də istifadə edə bilər. "AA" serialı avtomobillər də etdiyi qayda pozuntusuna uyğun olaraq, qanun qarşısında digərlərilə bərabərdir və tədbirlər də qanunauyğun görülür. Hazırda elektron və xüsusi texniki qurğularla qayda pozuntuları aşkarlanır. O da nə "AA"-ya nə də "BA"-ya baxır, avtomatik, yəni real vaxt rejimində cərimə sistemə ötürülür.

 

Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda da inzibati pratakolu açır və təqdim edir. Heç kimə idarə etdiyi avtomobilin marka, model və nömrə nişanına görə xüsusi güzəşt yoxdur. Üstünlük hüququ var, bu da hamıya məlumdur (operativ nəqliyyat vasitələri).

Bizim üçün bu halda "AA" və ya "BA" seriyasının fərqi yoxdur. Qanun və qaydalar hamı üçündür!  Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və  qanuni tədbir görməkdir. Cərimə məbləği də 50 və ya 100 manatdırsa, onu ödəmək cərimə edilənin məsuliyyətidir. "AA"lar isə o cəriməni hamıdan qabaq gedib ödəyirlər. Hadisələri şəxslər üzərində yox qanunun tələbi ilə əlaqələndirmək daha doğrudur. Bir sözlə, yol hərəkəti qaydaları hamı üçün qanunla qorunan hüquqi öhdəlikdir. Sürücüləri və hərəkətin bütün iştirakçılatını yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür