Modern.az

ÜST-dən xəbərdarlıq: 700000 insan ölə bilər

ÜST-dən xəbərdarlıq: 700000 insan ölə bilər

Dünya

25 Noyabr 2021, 00:55

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayına qədər Avropa və Asiyanın bəzi bölgələrində daha 700 min insanın yeni növ koronavirusdan (COVID-19) ölə biləcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, ÜST-nin Avropa regionu kimi müəyyən etdiyi 53 ölkədə ölənlərin sayı 1,5 milyonu ötüb.

 

ÜST bildirib ki, 2022-ci ilin mart ayına qədər 49 ölkədə reanimasiya şöbələri yüksək və ya həddindən artıq təzyiq altında qala bilər.

 

Avropada yoluxanların sayının artması Avstriyada tam karantinə səbəb olub, digər ölkələr isə yeni tədbirləri nəzərdən keçirir.

 

Bəzi ölkələrdə yeni tədbirlər şiddətli etirazlarla qarşılanıb. Hollandiyada qismən bağlandığı üçün fəallar bir neçə gecə polislə toqquşub.

 

“Mövcud tendensiyalar davam edərsə, gələn ilin yazında ümumi ölüm sayının 2,2 milyona yüksələcəyi gözlənilir”, - deyə təşkilat qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir