Modern.az

Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF

Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF

1 Dekabr 2021, 08:53

Ermənistan və Azərbaycan arasında siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti forumunda çıxışı zamanı deyib.


“Regionda uzanan münaqişələr əsas problem olaraq qalır. Onlar beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq yeni səylər tələb edir. Avropa İttifaqı münaqişələrin qarşısının alınması və həllində öz rolunu oynamağa hazırdı. Bura etimadın yaradılması və davamlı və hərtərəfli nizamlanmanın təşviqi, o cümlədən münaqişədən sonra yenidənqurma tədbirlərinə dəstək daxildir.

Ermənistanla Azərbaycan arasındakı münasibətlər vəziyyətin kövrəkliyini göstərir. Mən tam əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu, həmçinin Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi