Modern.az

İrandan da Azərbaycana başsağlığı gəldi

İrandan da Azərbaycana başsağlığı gəldi

1 Dekabr 2021, 10:37

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Xızı rayonunda hərbi helikopterin qəzaya uğraması ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Hatipzadənin açıqlamasında 14 hərbçinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verilib.

Qəza ilə bağlı təəssüfləndiyini bildirən Hatipzadə helikopter qəzasında həyatını itirənlərin ailələrinə, Azərbaycan xalqına və rəsmi Bakıya səbr diləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!