Modern.az

Xocəvəndə keçmək istəyən 9 nəfər SAXLANILDI

Xocəvəndə keçmək istəyən 9 nəfər SAXLANILDI

Aktual

1 Dekabr 2021, 10:50

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz keçmək istəyən 9 nəfəri saxlayıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.

 

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

 

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ