Modern.az

“Addım - addım Vətən” - TƏLİM

“Addım - addım Vətən” - TƏLİM

Aktual

2 Dekabr 2021, 09:57

Noyabrın 30-da “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ““Addım - addım Vətən” adlı düşərgə”  layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

 

Modern.az xəbər verir ki, açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə, Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Balqanova, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sevqiyyə Əlizadə və 30 nəfər fəal gənc iştirak ediblər. 

 

İlk öncə "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi böyük gənclik kütləsinə sahib olan Nərimanov, Binəqədi və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması funksiyası daşıyır.

 

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirakçılarını və qonaqları salamladı və qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilib.

 

Daha sonra Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev çıxış edərək qeyd etdi ki, 2020-ci ildə Azərbaycan ordusu öz şanlı qələbəsini qazandı. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.

 

Sonda layihə çərçivəsində iştirakçılar arasında intellektual oyun keçirilib, Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev gəncləri maraqlandıran sualları cavablandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir