Modern.az

Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur

Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur

3 Dekabr 2021, 14:18

Aşıq Ələsgər yaradıcılığı aşıq sənəti, aşıq poеziyası tarixində şərəfli yеr tutub. Öz sazı və sözü ilə 80 ildən artıq xalqına ləyaqətlə xidmət edib. Aşıq Ələsgər üslubu, yaradıcılığı çoxəsrlik Azərbaycan aşıq sənəti ənənələrinə yeni məzmun verib və onun əsərləri ilə aşıq poeziyası zənginləşib.

2021-ci ildə qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə prezident İlham Əliyev Bakı şəhərində böyük el sənətkarı Aşıq Ələsgərin abisədinin ucaldılması haqqında Sərəncam imzalayıb.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında ictimaiyyətin Prezidentin imzaladığı sərəncamı böyük minnətdarlıqla qəbul etdiyini bildirib.

 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Prezindent İlham Əliyevin belə bir qərar qəbul etməsi, xalqımızın tarixinə, onun yaratmış olduğu sənətə, xalq yaradıcılığına, mənsub olduğu türk ruhuna verdiyi misilsiz qiymətdir:

 

“Birinci-vitse prezident Mehriban Əliyevanın səyi və nüfuzu ilə aşıq sənəti UNESCO-nun mədəni irs siyahısına daxil edildi. Bu, xalqımızın əsrlər boyu yaratmış olduğu qeyri-maddi mənəvi dəyərlərə tükənməz strateji sərvət kimi qiymətləndirilib”.

 

M.İbrahimqızı bunu yaradıcılığı bütün Türk dünyasına səs salan və bugünədək sevilən Aşıq Ələsgər yaradıcılığına dövlətimizin, xüsusilə də ulu öndər Heydər Əliyevin, Prezident və Birinci vitse -prezidentin verdiyi yüksək qiymət kimi dəyərləndirib:

 

“Bu dəyər təkcə böyük mahal tərəfindən deyil, bütövlükdə ictimaiyyət və ziyalılar tərəfindən minnətdarlıqla qeyd edilir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub