Modern.az

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

Dünya

3 Dekabr 2021, 21:51

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

 

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.

 

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

 

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu