Modern.az

Avstraliya parlamenti bağlandı

Avstraliya parlamenti bağlandı

5 Dekabr 2021, 13:40

Avstraliya Federal Parlamentinin binası bu həftə işçilərindən biri koronavirusa yoluxandan sonra ziyarətçilər üçün bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə bazar günü CBS telekanalı məlumat yayıb.

 

Qeyd olunur ki, söhbət “Yaşıllar” Partiyasının lideri Adam Bandtın köməkçisindən gedir. Onun koronavirusa qarşı tam peyvənd olunduğu deyilir.

 

Telekanalın məlumatına görə, binaya girişə yalnız məsafədən işləmək imkanı olmayan işçilər üçün icazə veriləcək. Maskaların taxılması yenidən məcburi olacaq. Telekanalın qeyd etdiyi kimi, bu həftə Avstraliyanın baş naziri Skott Morrison və Avstraliya müxalifətinin lideri Entoni Albanes də parlamentdə olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir