Modern.az

Vətən müharibəsinin qazi müəllimi insultdan öldü

Vətən müharibəsinin qazi müəllimi insultdan öldü

Allah rəhmət eləsi̇n

6 Dekabr 2021, 12:10

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib. O, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucovdur.

Modern.az xəbər verir ki, bu haqda “Vətən müharibəsi əlillərinə kömək” İB-dən bildirilib.

Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib.

Sonralar bir müddət Rusiyada yaşayıb və yenidən Azərbaycana dönüb. Ötən ilin sentyabrında könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.

Azad Orucovun ötən egcə 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.

Allah rəhmət eləsin.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir