Modern.az

Daha bir ölkədən Pekin-2022-yə BAYKOT

Daha bir ölkədən Pekin-2022-yə BAYKOT

Aktual

8 Dekabr 2021, 12:45

ABŞ-dan sonra Avstraliya da Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot elan edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison açıqlamasında bildirib.

 

Qərar Avstraliyanın Çinlə diplomatik kanalları yenidən açmaq cəhdlərindən sonra verilib. Siyasətçinin sözlərinə görə, Pekin Kanberranın verdiyi bir sıra suallara, o cümlədən, insan haqlarının pozulması ilə bağlı iddialara cavab verməyib.

 

Avstraliya Olimpiya Komitəsi boykotun idmançıların olimpiadaya hazırlığına təsir etməyəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi