Arxiv
22 Fevral 2010, 13:16 | QARABAĞ
Azərbaycan uşaqlarının dünya uşaqlarına müraciəti hazırlanacaq

"NUR" Uşaq və Gənclərin İctimai Birliyi “Uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq" mövzusunda müzakirələri aparır. Təşkilatdan Modern.az-a bildirilib ki, 2009-cu ilin dekabrında Bakıda keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunub ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair silsilə müzakirələr təşkil edilsin. 

“Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır”,-deyə "NUR"-un məlumatında bildirilib.

          

Qurumun fevralın 27-də Bakıda təşkil edəcəyi müzakirə zamanı Xocalı faciəsinə dair film nümayiş etdiriləcək, sonra isə 3 nəslin – valideynlər, gənclər və uşaqlar arasında Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və uşaqların silahlı münaqişələr zamanı müdafiəsi istiqamətində öhdəliklər və məsuliyyətə dair disskussiyalar aparılacaq.

İlk belə müzakirə 20 Yanvar faciəsinin 20-ci ildönümü günündə təşkil edilib və onun nəticəsi olaraq "Uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq" mövzusunda müzakirələrin təşkili üzrə 11 uşaqdan ibarət İşçi Qrupu yaradılıb. İl boyu davam edəcək bu silsilə müzakirələrin nəticəsində Azərbaycan uşaqlarının dünya uşaqlarına müraciəti hazırlanaraq 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları günündə dünya uşaqlarına təqdim olunacaq. Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Finiksdə erməni terrorunu əks etdirən sərgi təşkil olundu - FOTO 24 Fevral 2021, 22:08 Nazirlikdən əhaliyə müraciət: Ehtiyac olmadıqda küçəyə çıxmayın 24 Fevral 2021, 21:59 Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi 24 Fevral 2021, 21:47 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi 24 Fevral 2021, 21:33 Neft bahalaşdı 24 Fevral 2021, 21:19 Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29