Modern.az

Əli Hüseynli Nadir Adilovu özünə müavin götürdü

Əli Hüseynli Nadir Adilovu özünə müavin götürdü

19 Dekabr 2012, 16:36

Azərbaycan Hüquqşunasları Konfederasiyasına yeni baş katib təyin olundu

Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə heyətinin sədri, millət vəkili Əli Hüseynli tərəfindən AHK-ya yeni baş katibi təyin olunub. Bu günədək AHK-nın baş katibi olmuş Nadir Adilov bundan sonrakı sosial - ictimai fəaliyyətini AHK sədrinin müavini olaraq davam etdirəcək.

Bu barədə Modern.az-a AHK-dan məlumat verilib. AHK-nın yeni təyin olunmuş baş katibi Kamal Cəhərov ixtisasca hüquqşünasdır. K.Cəfərov Bakı Özəl Türk Liseyini bitirdikdən sonra, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və bakalavr təhsilinin birinci ilində ABŞ-ın Mərkəzi Texas Kollecinin Hüquq fakültəsində mübadilə proqramında iştirak edib.  Daha sonra o, Böyük Britaniyanın Kral Kollecinin Hüquq fakültəsinin magistr təhsili alıb. K.Cəfərov Luksemburqda  tanınmış hüquq firmasında vergi hüququ üzrə məsləhətçi işləyib, tələbəlik illərində aktiv ictimai fəaliyyətlə məşğul olub.  O, ən böyük hüquq tələbələr assosiasiyası olan Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin rəhbəri və Avropa Gənclər Parlamentinin Azərbaycan regional bölməsinin həmtəsisçisi olub, həmçinin Azərbaycan Hüquqşünasları Konfederasiyasının Beynəlxalq Vəkillər Assosiasiyası ilə əlqələndircisi və AHK-nın Gənc hüquqşünaslarla iş üzrə katibi olub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi