Modern.az

Yuşşenko və Timoşenko Yanukoviçin andiçməsinə qatılmayacaq

Yuşşenko və Timoşenko Yanukoviçin andiçməsinə qatılmayacaq

Dünya

25 Fevral 2010, 10:48

Bu gün Ukraynada prezident seçkilərində qalib gəlmiş Viktor Yanukoviçin andiçmə mərasimi keçiriləcək. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, baş nazir  Yuliya Timoşenko və Ukraynanın hazırki prezidenti Viktor Yuşşenko andiçmə mərasimində iştrak etməyəcəklərini bəyan ediblər. Andiçmə mərasimində 11 ölkənin prezidenti, 16 ölkənin xarici işlər nazirləri, 4 ölkə spikeri və 4 beynəlxalq təşkilatın rəhbəri iştirak edir. Tacikistanı andiçmə mərasmində baş nazir Akil Akilov, Türkmənistanı prezidentin enerji və inşaat məsələləri üzrə müşaviri Dəryagəldi Orazov təmsil edir. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu artıq Kiyevdədir. Onun andiçmə mərasimindən sonra bir sıra ölkələrin XİN başçıları ilə də görüşləri nəzərdə tutulub. İnaqurasiya mərasmində iştirak üçün Kiyevə ən tez gələn isə Rusiya patriarxı Kirildir.   Azərbaycanı tədbirdə baş nazir Artur Rasizadə təmsil edir.  

 

Timosenko son çıxışında qeyd edib ki,  Yanukoviçi "prezident saymırlar".

Yuliya Timoşenko rəhbərlik etdiyi parlament koalisiyasını Yanukoviçə qarşı müxalifətdə durmağa çağırırb.  Hazırda Timoşenko və Yanukoviç  arasında Ali Rada deputatlarını öz tərəflərinə çəkmək uğrunda mübarizə güclənməkdədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi