Modern.az

“Muğanbank”da adsız istiqrazlar üzrə 26-cı tiraj keçirildi

“Muğanbank”da adsız istiqrazlar üzrə 26-cı tiraj keçirildi

31 Yanvar 2013, 11:22

“Muğanbank” ASC-nin baş ofisində yanvarın 30-da adsız istiqrazların növbəti  tirajının nəticələri müəyyənləşdi. Hər tirajda olduğu kimi 26-cı tirajda da uduşlu istiqrazların sayı 1200-ə çatdı.

Tədbirdən hazırlanmış geniş fotosessiyaya baxmaq üçün linkə daxil olun - (//www.muganbank.az/az/news/201301310916045966)

Ənənəvi olaraq hər 45 gündən bir təşkil olunan tirajın qalibləri 100 manatdan 50 min manatadək uduşlar əldə etdilər.

Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (//www.muganbank.az/istiqraz/spisok.php) . Həmçinin, 933 telefon nömrəsinə zəng etməklə  məlumat ala bilərsiniz.

Növbəti 27-ci tiraj  2013-cü il martın 15-də  bankın  Ə. Rəcəbli 21B ünvanında yerləşən Bankın baş ofisində keçiriləcəkdir.

“Muğanbank” ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmişdir. Bank 50 mln.  manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. 10 illik dövriyyə  müddətində 80 tiraj keçiriləcəkdir.

Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. İstiqraz sahibi istənilən vax tistiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominallarıüzrə pullarını və üstünəgələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya əldə  etmək qərarının verilməsi üçün mühüm əsasdır. 

Ənsadə riyazi hesablamalar göstərir ki, hətta minimal uduşla belə 50 manatlıq nominalilə istiqrazlar gəlirinizi iki dəfə artırmağa imkan  verir. Buna görə insanlar bu risksizinvestisiya məhsulunu inamla alırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?