Modern.az

Roma Papası istefa verir

Roma Papası istefa verir

Dünya

11 Fevral 2013, 15:47

Vatikan Kilsəsinin rəhbəri Papa XVI Benedikt fevralın 28-də istefa verəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Papa öz iradəsi ilə vəzifəsindən getmək istədiyini bildirib. Katolik dünyasının ruhani lideri Papa XVI Benedikt istefa səbəbi olaraq səhhətini göstərib.
“Vəzifəmi öz iradəmlə buraxıram. İrəliləyən yaşımla bağlı vəzifəmi davam etdirməyə səhhətim yol vermir”.

Qeyd edək ki, Benedikt 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV