Modern.az

Elmar Hüseynovun qətlindən 8 il keçir

Elmar Hüseynovun qətlindən 8 il keçir

2 Mart 2013, 10:25

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçir. Mərhum jurnalist 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər. 2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Azərbaycan hüquq mühafizə orqanları E.Hüseynovun ölümündən keçən 8 il ərzində hər iki Gürcüstan vətəndaşının istintaqa təhvil verilməsinə nail ola bilməyib. Hazırda isə istintaq işini Milli Təhlükəsizlik Nazirliyi aparır. Mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib

Modern.az-ın məlumatına görə, bu gün saat 12-də KİV rəhbərləri, ailə üzvləri, dostları jurnalistin İkinci Fəxri xiyabandakı məzarını ziyarət edəcəklər.

 

Anar Kəlbiyev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi