Modern.az

Biləsuvarlı gənclər prezidentə müraciət ediblər - FOTOLAR

Biləsuvarlı gənclər prezidentə müraciət ediblər - FOTOLAR

2 Mart 2013, 14:04

Biləsuvarda “Bəşəriyyət, isti münasibətlərə hə, müharibəyə və münaqişəyə yox” devizi altında tədbir keçirilib. Bu barədə Modern.az saytına millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. O bildirib ki, təbirdə cənub bölgəsindən-Yardımlı, Lerik, Cəlilabad, Masallı, Astara, Lənkəran, Biləsuvardan olan gənclər toplaşmışdı.

“Tədbirin açılışında gənclərlə birlikdə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun abidəsini ziyarət etdik, önünə gül dəstələri qoyduq. Daha sonra Fərid Əhmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etdik”. X.Hüseyn Kazımlı bildirib ki, o da  Qarabağ münaqişəsində Azərbaycanın məruz qaldığı itki və təlafatların dəyərləndirilməsi standartları əsasında beynəlxalq ekspertlərin iştirakı ilə yaradılan qrupun üzvi kimi həmin tədbirə dəvət olunub.

“Tədbir Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rüstəmov açdı. Bundan sonra isə hər rayondan gələn gənclər çıxış ediblər. Sonda isə ölkə prezidentə gənclər tərəfindən müraciət olundu”. 













Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!