Modern.az

Nazirlik 27 nümunəvi peşə standartının layihəsini hazırlayıb

Nazirlik 27 nümunəvi peşə standartının layihəsini hazırlayıb

4 Mart 2013, 12:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi emal sənayesi sahəsində müəssisələrlə birgə yerli şəraitə uyğun olaraq 27 nümunəvi peşə standartının layihəsi hazırlanıb. Modern.az xəbər verir ki, layihə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin, İqtisadi İnkişaf Nazirliyinin və digər təşkilatların, habelə layihənin ekspertlərinin iştirakı ilə keçirilən kənd təsərrüfatı və nəqliyyat sahə komissiyalarının növbəti iclasında rəy və təkliflərin verilməsi üçün təqdim edilib. Rəy və təkliflərin 27 iş günü ərzində bildirilməsi barədə razılığa gəlinib.

  Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın “GOPA Consultants” beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanması nəzərdə tutulur.  

Aytən Əliyeva
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı