Modern.az

Məşhurlar pullarını necə xərcləyir?

Məşhurlar pullarını necə xərcləyir?

1 Aprel 2010, 12:13

Türkiyənin ünlü sənət adamları qazandıqları paraları fərqli sahələrə qoyurlar. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, pullarını fərqli biznes sahələrinə yatıran sənətçilər yaxşı da qazanc əldə edirlər.

Hülya Avşar.  Müğənni öz adını “Çakıl Company By-Hülya” ve “Çakıl Company By-H” qadın geyimləri markaları ilə rəsmiləşdirib. Onun adını daşıyan qara-ağ  maykalar uzun vaxtdır ki,  satışdadır.

  Sərdar Ortac. Gəncliyində atasının torna atelyesində çalışan Ortac bir qəlib atelyesini satın alıb. Musiqiçi olmasına rəğmən Ortac “Tarkan musiqi dünyasının “Meqastarı”,  mən isə tornaçısıyam”deyir.

Sertab Erener. Sevgilsi Demir Demirkan ilə birlikdə inşaat şirkəti var. Şirkətin sərmayəsi 100 min TL-dir.

Bülənt Ərsoy. 200-250 min dollara aldığıı inşaat və balıqçılıq texnikasını həftədə 10 min lirəyə bələdiyyələrə kirayəyə verir.

Kənnan Doğulu.  İlin çoxunu keçirdiyi Los-Ancelesdə  Ken Love Yourself adlı bir geyim  mağazası açıb. Onun bir inşaat şirkəti də var.

Gülben Ergen. Onun çox sayda taksiləri var.  Ergen Yapım adlı bir şirkətinin olduğu bildirilir.  

Ebru Gündeş. Təkirdağ Muradlıda iribuynuzlu heyvandarlıq ferması var.  500 min TL-yə aldığı fermanın qiyməti indi  2 milyon TL-dir. Heyvanlarının sayını ötən illə müqayisədə 2 dəfə artıra bilən Gündeş ölkənin digər vilayətlərində də eyni biznes fəaliyyətini həyata keçirmək istəyir. O bu sahənin çox xeyirli və perspektiv olduğunu düşünür.

İrahim Tatlısəs. Onun Seyrantəpədə iş mərkəzi, mağazası və tikiş fabrikası var. Ayrıca solyariya salonu, Bodrum və Quşadasında oteli, gecə klubu, təyyarə və taksi şirkəti, Almaniyanın Hamburq şəhərində fabrikalarının olduğu bildirilir.

Tuba Büyüküstün. Film seriallarından aldığı bütün pulları ailəsi ilə birlikdə qurduğu ”Endüstriyel Tartım Sistemleri və İstron Elektronik Teknolojileri” adlı iki firmaya yatırıb. Onun anoloji şirkətləri Dubay və Suriyada da açmaq planları var.

Kıvanç Tatlıtuğ. “Kanal D”-də göstərilən “Aşkı-Memnu” nun baş rolunu oynadığı Kıvanc Tatlıtuğun bir çox üst geyim tikiş şirkəti var. Oz adını daşıyan mayka markası yaratmaq üçün bir neçə ay öncə görüşlərə başlayıb.

Mustafa Sandal.  Onun Bodrumda “Mandal” adlı bir oteli var.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir