Modern.az

Almaniyadakı Azərbaycan diaspor təşkilatları bir araya gəliblər

Almaniyadakı Azərbaycan diaspor təşkilatları bir araya gəliblər

5 Aprel 2010, 15:57

Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində „Alman-Azərbaycan Forumu və Almaniyadakı diaspor birgə fəaliyyətinin gələcək perspektivləri” mövzusunda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer iştirak ediblər. AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılovanın Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, səfir P.Şahbazov öz çıxışında Almanina-Azərbaycan münasibətləri, diaspor təşkilatlarının bu münasibətlərin inkişafına verdiyi tövhələr, Azərbaycan icmalarının bu istiqamətdə göstərdiyi fəaliyyət, bu fəaliyyətin daha da yüksək səviyyəyə qaldırılması zərurəti haqqında danışıb. Otto Hauzer isə Alman-Azərbaycan Forumunun fəaliyyəti, forumun diasporla bağlı işinin ümumi məqsədləri, gələcək layihələrin saha səmərəli koordinasiyası barədə fikirlərini bölüşüb. Sonra görüşdə iştirak edən cəmiyyət sədrləri diaspor təşkilatlarının fəaliyyəti, onlar arasında işbirliynin daha da təkmilləşdirilməsi və digər aktual mövzularla bağlı çıxış ediblər. Cəmiyyət rəhbərlərinin bir sira məsələlərlə bağlı sualları cavablandırılıb, müzakirələrdə yeni ideyalar və fəaliyyət istiqamətləri araşdırılıb. Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya, Alman-Azərbaycan Forumunun sədr müavini Prof.Reza Talebi-Daryani, AAF-nun icraçı direktoru Parviz Yazdani, Berlin-Baki Rəsm Qalereyasının rəhbəri İbrahim Əhrari, rəssam Məsud Pənahi, Avropa Azərbaycanlılar Cəmiyyətinin direktoru Şahin Namati  və digər diaspor fəalları iştirak ediblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi