Modern.az

Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndliyinin təqdimatı keçirildi

Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndliyinin  təqdimatı keçirildi

8 Aprel 2010, 13:08

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Anadolu Türk Litseyinin akt zalında Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyinin ilk təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, Türk və azərbaycanlı tələbələrin, QHT və KİV nümayəndələrinin, eləcə də təhsil işçilərinin qatıldığı təqdimatın keçirilməsində əsas məqsəd Vakfın fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və gələcək inkişaf strategiyalarını iştirakçılarla bölüşmək oluub.

Könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin işinə maddi və texniki dəstək göstərən Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi adından direktor müavini Günay Sadıxova tədbirdə çıxış edib və bu gün Türkiyə və Azərbaycan gənclərinin birgə fəaliyyət göstərəcəyi ortaq bir qurumun olmasına ehtiyac olduğunu bildirib. O, qeyd edib ki, ölkələrimiz arasında iş adamlarının, siyasətçilərin və s. müştərək fəaliyyətləri mövcuddur və biz bunun şahidiyik. Lakin gənclərimiz və tələbələrimizin birgə hər hansı bir əməkdaşlığı yoxdur. Ona görə də biz yaranmış imkanlardan səmərəli istifadə etməliyik.

Daha sonra tədbir Vakfın baş ofisindən qonaq dəvət edilmiş 3 nəfər ekspertin təqdimatları ilə davam edib.

Qeyd edək ki, tədbir 3 gün davam edəcək və təlim almış gənclərə sonda nümayəndəliyin üzvü statusu veriləcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?