Modern.az

Avropa Gənclər Forumu Gənclər Təşkilatlarının Milli Şurası ilə birgə Bakıda görüş keçirəcək

Avropa Gənclər Forumu Gənclər Təşkilatlarının Milli Şurası ilə birgə Bakıda görüş keçirəcək

Qarabağ

8 Aprel 2010, 13:19

Aprelin 9-dan 11-ə qədər Avropa Gənclər Forumu, Gənclər Təşkilatlarının Milli Şurası və Gənclərin Mübadilə və Anlaşma Şəbəkəsinin Təhsil üzrə işçi qrupu görüş keçirəcək.

Avropa Gənclər Forumu ilə belə görüşlərin keçirilməsində məqsəd Avropa Gənclər Forumu üzv olan təşkilatlarla birgə Avropa məkanında gənclərin narahat edən məsələlərin müzakirəsi və qərarın qəbul olunmasıdır. Azərbaycanda keçirilən Təhsil işçi qrupunun görüşü Avropa ölkələrində (Belçika, Avstriya, İtaliya, Yunanıstan, Hollandiya, Almaniya, Danimarka) fəaliyyət göstərən gənclər təşkilatlarının 10 nümayəndəliyinin iştirakı ilə baş tutacaq. ”Qeyd etmək istərdik ki, təhsil üzrə işçi qrupu Lissabon gündəliyindən irəli gələn əsas istiqamətlərindən biridir. Avropa Gənclər Forumunun son iclasında “Sərbəst təhsil alma imkanları haqqında” xüsusi sənədin hazırlanmasının vacibliyi vurğulanmışdı”-deyə Gənclər Təşkilatlarının Milli Şurasının mətbuat xidmətindən bildirilib.

 

Təhsil işçi qrupunda Avropa Gənclər Forumunun Avropa Gənclər Paktı Təhsil Kontentində gücləndirilməsi məsələsi də müzakirə olunacaq. İşçi qrupunun işində Gənclər Təşkilatlarının Milli Şurasının üzvlərini iştirakı nəzərdə tutulur. Bundan başqa, Avropa Gənclər Forumunun büro üzvləri ilə Şuranın büro üzvləri ilə görüş nəzərdə tutulur.

Avropa Gənclər Forumu və Gənclər Təşkilatları Milli Şurası üzvlərinin Gənclər və İdman və Təhsil Nazirliyində görüşü də planlaşdırılır.

   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər