Modern.az

“Nikoil Bank” deputat Rafael Cəbrayılovun məhkəməyə verildiyini təsdiqlədi

“Nikoil Bank” deputat Rafael Cəbrayılovun məhkəməyə verildiyini təsdiqlədi

Təhsil

28 Avqust 2013, 16:00

“Nikoil Bank” millət vəkili Rafael Cəbrayılovun evini və ofisini əlindən alacağını təsdiqlədi. Millət vəkili Rafael Cəbrayılov evinin və ofisinin “Nikoil Bank” tərəfindən əlindən alınacağı haqda xəbərə münasibət bildirərkən iddianın əsassız olduğu bildirsə də, qarşı tərəf məlumatı təsdiqləyib.

“Nikoil Bank”ın reklam şöbəsinin rəhbəri Rüstəm Babazadə Modern.az saytına  bildirib ki, Rafael Cəbrayılov banka olan kredit borcunu vaxtında ödəmədiyindən bank tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, məhkəmə Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. İddia onunla əsaslandırılıb ki, bank deputatın bacısının həyat yoldaşı  N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır