Arxiv
15 mart 2020, 11:01 | MƏDƏNİYYƏT
Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Qanun naminə”dəki Mehman

 

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Yəqin ki, çoxlarınız “Qanun naminə” filminə baxıb. Film geniş tamaşaçı kütləsi arasında daha çox “Mehman” adı ilə tanınır. Filmdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən bəhs olunur. Rayonların birinə işləməyə gəlmiş prokuror Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.
Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmini rejissor Muxtar Dadaşov çəkib. Bu ekran əsərində baş rolu – Mehmanı canlandıran aktoyr azərbaycanlı deyil, milliyətcə osetindir. Söhbət tanınmış sovet teatr və kino aktyoru Bimbolat Vatayevdən gedir.

Bimbolat Vatayev 1939-cu il martın 15-də Şiamli Osetiya Muxtar Respublikasının Yeni Batako şəhərində anadan olub. Məşhur Şukin teatr məktəbinin məzunu olan Bimbolat Vatayev Yuri Lyubimovun rəhbərliyi altında təhsil alıb. Məktəbin məzunları Taqanka teatrının əsas özəyini təşkil edib.
Bimbolat Vatayev 1959-cu ildən Şimali Osetiya Musiqili - dramatik teatrında, sonralar isə 1964-1965-ci illərdə Taqanka Dram və komediya teatrında fəaliyyət göstərib. 1969-cu ildən 1975-ci ilə qədər “Tacikfilm” kinostudiyasında aktyor və televiziya filmlərində rejissor kimi fəaliyyət göstərib.
Bimbolat Vatayev 1994-1998-ci illərdə Şimali Osetiyanın mədəniyyət naziri postunu tutub.


Kino karyerası boyu 50-dən artıq obraz yaradan Vatayev “Rüstəm haqqında əhvalatlar” bədii trilogiyasındakı roluna görə Panama kinofestivalında ən yaxşı kişi rolu nominasiyasında qalib gəlib.
O, 2000-il mayın 9-da Vladiqavkaz şəhərində dünyasını dəyişib və Şərəf Xiyabanında dəfn olunub. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var.

2009-cu ildə Şimali Osetiyada Bimbolat Vatayevin 70 illik yubileyi keçirilib. Lakin Şimali Oseyita mədəniyyətinin məşhur nümayəndəsi öz yubileyini görə bilmədi.
60 ildən bir qədər artıq yaşadığı ömrü boyu Şimali Osetiya milli mədəniyyət üçün böyük işlər görən Bimbolat Vitayev 200-dən artıq teatr və kino rolları oynayıb. O, səhnədə Kral Lir, Otello, Çar Edip və Klavdi obrazlarını yaradıb.

Vatayevin kinomatoqrafik uğuları ilk növbədə “Tacikfilm” studiyasındakı işləri ilə bağlıdır. Məhz burda o, 70-ci illərin əvvəllərində kino bioqrafiyasının ən məşhur rolunu - “Rüstəm və Söhrab” və “Rüstəm haqqında əfsanələr” filmlərində Rüstəm obrazını yaradıb. Bu işlərinə görə Vatayev 1973-cü ildə Rudaki adına Tacikistan Dövlət Mükafatına layiq görülüb. Deyilənə görə filmin rejissoru Bension Kimyagərov bu rola Sovet İttifaqının və İranın bir çox məşhur aktyorlarını sınayıb. Bimbolat Vatayevə müraciət edənə qədər rejissor heç kəsdə seçimini saxlaya bilmirmiş. O, osetin aktyorunda dərhal qədim fars bahadırı - hündür əzəmətli görünüş, ifadəli Şərq siması, ən əsası isə artistizm və obraz yarada bilmək qabiliyyəti duyaraq Vatayevin üzərində dayanır. Firdovsinin “Şahnamə” əsərində epik qəhrəman obrazı yaratmaq üçün Vatayev fars dilini və çətin materialı orijinal dildə öyrənməyə məcbur olur.
Yeri gəlmişkən, bu rol osetiyalı aktyorun orta asiyalı rejissorlar üçün çəkildiyi ilk rol deyildi. 1966-clı ildə 27 yaşlı aktyor Aşqabaddakı kinofestivalında “Həsən-arbakeş” filmindəki baş rola görə ən yaxşı aktyor seçilmişdi. Həmin ildə Vatayev rejissor Kamil Yarmətovun “İki qəlbin poeması” filmində çəkilişlərə başlayır.

Bundan sonra onu Azərbaycana dəvət edirlər. Vatayevə rejissor Muxtar Dadşovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Qanun naminə” filmindəki Mehman rolunda oynamaq təklif edilir. Osetin aktyor Mehman obrazı ilə Azərbaycan tamaşaçısının diqqətini cəlb edə bilir.

Bibolat daha sonralar “Ürək necə hökm edirsə”, “Siyavuş haqqında əhvalatlar” (rej. Bension Kimyagərov), “Əbu Reyhan Biruni” (rej. Şöhrət Abbasov), “Qara qumlarda” (rej. İsgəndər Həmrayev) və s. filmlərdə çəkilib.
Vatayevin yaradıcılığını izləyən tənqidçilər onu məşhur ora asiyalı aktyor kimi tanıyırdılar. Lakin bu zaman ona Qafqaz kinosunda qəhrəman obraz yaratmaq fürsəti düşür. “Gürcüstanfilm” kinostudiyasında rejissor Nikolay Sanişvili osetin rejissoru Pliyevin “Çermen” pyesi əsasında çəkəcəyi filmə Vatayevi dəvət edir. Osetiyadakı dağlıq aullardan birində yaşayan xalq qəhrəmanı Çermenin obrazını yaradan aktyor həm gürcü, həm də osetin xalqının mənəvi yaxınlığını əyani şəkildə göstərə bildi.










BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29 Ailəsində 3 koronaviruslu xəstəni sağaldan həmyerlimiz 29 mart 2020, 21:18 Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib 29 mart 2020, 20:47 Fonda 93 milyon 157 min 335 manat toplandı 29 mart 2020, 20:37 Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı: 9217 yoluxma var 29 mart 2020, 20:26 Eldar Quliyev Bilgəh və Maştağada 12 ailəyə baş çəkib -FOTO 29 mart 2020, 20:20 Daşınmaz əmlakın qeydiyyatı xüsusi rejimdə aparılacaq 29 mart 2020, 20:14 Tibbi təxliyə edən təyyarə qəzaya uğradı: 8 ölü 29 mart 2020, 20:00 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34