“Biz istərdik ki, Gürcüstan MDB-yə yenidən qayıtsın”.
Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bun barədə MDB dövlət başçıları şurasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Xatırladaq ki, Gürcüstan təşkilatdan 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra çıxmışdı. Rəsmi prosedur 2009-cu il avqustun 12-də, ilk xəbərdarlıqdan 1 il sonra yekunlaşıb.
Modern.az