Modern.az

Ukrayna Avropa İttifaqı ilə bağlı referenduma gedir

Ukrayna Avropa İttifaqı ilə bağlı referenduma gedir

31 Oktyabr 2013, 11:29

Ukraynada Avropa Birliyilə imzalanacaq assosiativ üzvlük haqqında razılşamanın ictimai müzakirələri davam edir. Modern.az bildirir ki, bu məsələ də Ümumukrayna referendumunun keçirilməsi barədə Ali Radada müzakirələr aparılır.
“Yeni Ənənələr” hərəkatının sədri Sergey Bondarçuk avrointeqrasiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı ölkənin müxtəlif şəhərlərində imzatoplama kompaniyasına başlayıb.

Məsələyə münasibət bildirən Polşa xarici işlər naziri Radoslav Sikorski isə əgər referendum keçiriləcəkdə, bu prosesin noyabrın 28-nə qədər yekunlaşmalı olduğunu bildirib. Əks halda polşalı nazir Assosiativ üzvlük haqqında müqavilənin Ukrayna üçün 2014-cü ilə qədər təxirə salınacağını bildirib. Bundan əlavə Avropa Birliyi hazırda iqtisadi cinayətlərə görə həbsdə olan keçmiş baz nazir Yuliya Timoşenkonun azad olunmasını tələb edir. Bu arada Kiyev Beynəlxalq Sosiologiya institutunun keçirdiyi sorğuya əsasən ukraynalıların yalnız 40%-nin Avropa Birliyi ilə müqavilə imzalamağa tərəfdar olduğunu ortaya çıxarıb. Respondentlərin 35%-i isə Gömrük İttifaqına üzvlüyün tərəfdarıdır. Avrointeqrasiya tərəfdarları əsaasən ölkənin Qərb və Mərkəzi bölgələrinin sakinlədidir.

Xatırladaq ki, noyabrın 28-29 da Litvanın paytaxtı Vinüs şəhərinə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində Avropa Birliyi ilə Ukrayna arasında Assosiativ üzvlük və azad ticarət zonası haqqında müqavilə imzalanacaq.

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi