Modern.az

Şevardnadze və Saakaşvili yeni prezidentin andiçmə mərasiminə dəvət olunacaq

Şevardnadze və Saakaşvili yeni prezidentin andiçmə mərasiminə dəvət olunacaq

5 Noyabr 2013, 11:50


“Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək inauqurasiya mərasiminə eks-prezident Eduard Şevardnadze və hazırki prezident Mixail Saakaşvili d’ dəvət olunacaq”. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri, həm də inauqurasiya üzrə hökümət komissiyasının sədr müavini vəzifələrini icra edən Mayya Pancikidze məlumat verib. Komissiyanın sədri isə baş nazir Bidzina İvanişvilidir.

“Avropanın böyük ölkələrində inauqurasiya mərasimi parlamentin iclsa zalında keçirilir. Təəssüflər olsun ki, Tbilisidə bizim belə imkanımız yoxdur. Ona görə də biz optimal variant kimi inauqurasiya mərasimini parlamentin həyətində keçirəcəyik. Bu ucuz başa gələcək, həm də şəhəri iflic etməyəcək”-deyə Pancikizde bildirib.

Artıq indidən məlumdur ki, inauqurasiya mərasimindən sonra Marqvelaşvili Qəhrəmanlar meydanına gələrək Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad edəcək. İnauqurasiya axşamı Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik teatrında təntənəli mərasim keçiriləcək.

“Novosti-Qruziya” informasiya agentliyinin məlumatına görə, Eduard Şevardnadze və Mixail Saakaşvili inaqurasiya mərasimində iştirak edib-etməyəcəkləri ilə bağlı hələ açıqlama verməyiblər.   

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir