Modern.az

Ermənistana köməyə gedən azərbaycanlılar necə öldürüldülər - 25 il öncəki HADİSƏ

Ermənistana köməyə gedən azərbaycanlılar necə öldürüldülər - 25 il öncəki HADİSƏ

Aktual

11 Dekabr 2013, 17:20

Leninakanda ölümlə üzləşmiş erməniləri xilas edən azərbaycanlıları  daşnaklar ölümlə təqib edirdilər 

Böyük “humanist” Ə.Vəzirovun yersiz “qardaş köməyini” qəbul etmək istəmə­yərək, ermənilər 11 dekabr 1988-ci ildə ehtiyatda olan 70-dən artıq azərbaycanlı hərbçi ilə zəlzələ zonasına uçan “İL-76”-nı səmada ikən raketlə vurub partlatmışdılar

O zaman – 1988-ci ildə Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində çalışan Vaqif Əhmədov dekabrın 8-də səhər iş yerinə çatar-çatmaz bir-neşə iş yoldaşı ilə birgə təcili maşınlara oturdularaq, Nasoslu qəsəbəsindəki (o illərdə qəsəbə belə adlanırdı) hərbi aedroma aparılmışdı. Hara və nə üçün təcili səfərbər olunmaları barədə düz-əməlli deyilməməsi bir yana, heç ailələrinə məlumat çatdırılmasına da imkan verilməmişdı (o vaxtlar hələ mobil telefonlar yox idi). Yalnız “İL-76” təyyarəsi “”ayağını” yerdən üzdükdən sonra məlum olmuşdu ki, onlar dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələ zonasına uçurlar. Sən demə, bir vaxtlar “əzabkeş” ermənilərin özlərinin ehtimal etdiyi kimi, onların Dağlıq Qarabağ iddialarına cavab olaraq Kremlin bir “ağıllandırma”, qorxutma tədbiri kimi süni olaraq yaratdıqları Leninakan zəlzələsindən sonra (ruslar onu o dərəcədə güclü nəzərdə tutmamışdılar, yəqin “40” dərəcənin təsirindən, məşhur bir filmimizdə deyildiyi kimi, bilmərrə “barıt”ını bir az çox eləmişdilər) Azərbaycana başçılıq etmək iddiasında olan “böyük humanist”, Moskva “canişin”i Əbdürrəhman Vəzirov “qardaşlıq, dostluq nümunəsi” nümaiş etdirərək, elə zəlzələnin səhərisi günü ermənilərə kömək dəstələri göndərmək üçün tələm-tələsik xüsusi tapşırıq vermişdi.

Aerodromda məsələdən xəbərdar olub, Azərbaycana qarşı torpaq iddiası qaldırmış ermənilərə köməyə getmək istəməyərək etiraz edənləri M.Qorbaçov tərəfindən “Bakı xüsusi rayonu”na hərbi komendant təyin edilmiş general Tyaqunov hədələyərək demişdi: “Burdan ya Ermənistana gedəcəksiniz, ya da birbaşa – türməyə!”

“Könüllülər”i (açığı, o zaman sadəlövhcəsinə Leninakan zəlzələsindən sonra ermənilərin bir qədər “ağıllanacağını”, onlara kömək etməyin heç də əhəmiyyətsiz olmayacağını düşünənlər də vardı) gecə ikən “İL-76” hərbi təyyarəsinə dolduraraq, zəlzələnin nəticələrini aradan qaldırmaqda, zərərçəkənləri xilas etməkdə “ermənilərə kömək durmaq” üçün göndərdilər.  

Dekabrın 9-da səhər saat 10-da onlar artıq Leninakanda idilər. Ancaq, sən demə, Azərbaycan “xilasedicilərini” orada heç kim nəinki çağırılmamış qonaq kimi gözləmirdi, heç görmək də istəmirdi.  80 nəfərə yaxın adamın olduğu dəstəyə komandanlığı öz üzərinə götürən Vaqif Əhmədovun qarşısında belə bir düşmən münasibəti şəraitində nəinki dəstənin yaşayış-məişət problemlərini yoluna qoymaq, xilasetmə üzrə işləri qurmaqla yanaşı hər bir kəsin  tam təhlükəsizliyini təmin etmək kimi mühüm bir məsuliyyət də dururdu.  Axşam qaranlığı çökəndən sonra daşnaklar rus hərbçilərinin diqqətini yayındıraraq, Azərbaycandan xeyirxah niyyətlə onlara köməyə gələnlərə xətər yetirməyə, hətta öldürməyə cəhd edirdilər.  Yalnız Vaqifin və dəstə üzvlərinin sayıqlığı, hər şeyə qarşı diqqətli olmaları sayəsində daşnaklar bizimkilərə qarşı bəd əməllərini işə sala bilmirdilər.

Haşiyə: 14 fevral 1952-ci ildə Şəkidə anadan olmuş Vaqif Əhmədov 1968-ci ildə orta məktəbi  bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) neft və qaz mədənlərinin maşın və avadanlıqları fakültəsində ali təhsil almışdır. 1977-ci ildən etibarən öz istəyi ilə Qazaxıstanın Manqışlak neft mədənlərində 8 il böyük mexanik, sahə rəisi vəzifələrində çalışaraq, 1985-ci ildə Vətənə dönmüşdür. Əvvəlcə Bakının maşınqayırma zavodlarından birində, ermənilərin Qarabağ iddiası qaldırdıqları 1988-ci ilin fevralından isə Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində işləmişdir. Bir vətənpərvər azərbaycanlı kimi Qarabağ hərəkatında daim fəallıqla iştirak etmişdir. Hərbi xidmətini Sovet ordusu sıralarında Ukraynada yerləşən raket qoşunları hissələrindən birində keçmişdir.  İstefada olan baş leytenantdır.  

...Dekabrın 11-də Vaqif Əhmədovun komandasına Azərbaycandan gələn daha bir dəstə qoşulmalı idi. Ancaq 70 nəfərdən artıq ehtiyatda olan zabitlərlə Leninakana uçan “İL-76” təyyarəsini səmada ikən erməni daşnakları raketlə vurub partlatmışdılar (Ermənistan rəhbərliyi ilə əlbir olan daşnakların kəşfiyyatı təyyarənin Azərbaycandan gəldiyini operativ və dəqiq olaraq müəyyənləşdirə bilmişdi).  Ağır yaralanaraq, möçüzə nəticəsuində sağ qalmış Fəxrəddin Balayevdən başqa ekipaj da daxil olmaqla 78 nəfər həmvətənimiz alova qərq olmuş təyyarənin yanan qalıqları içərisində məhv olub, külə dönmüşdülər.

Təsadüf elə gətirmişdi ki, həmin axşam Vaqif Əhmədov təyyarənin yanaraq qayalığa çırpıldığı yerdən 600-700 metr aralıda idi. Hər şey bir an içərisində baş verdiyindən heç nə anlaya bilməyərək, çaşqınlıq içərisində qalsa da o, birdən qeyri-iradi olaraq, qorxu bilmədən  təyyarənin qalıqlarının partlayışlarla alovlandığı səmtə qaçmağa başladı. Hələ təyyarənin hardan gəldiyini bilməsə də, kiminsə sağ qala biləcəyini, onun köməyinə ehtiyac olacağını düşünərək, ehtiyatla qəza yerinə yaxınlaşarkən birdən kiminsə zarıyaraq azərbaycanca “öldüm, ay ana” deməsi ilə Vaqif hərbi təyyarənin Azərbaycandan gəldiyini başa düşdü. Cəld səs gələn tərəfə döndü və bir nəfərin partlayış dalğası ilə iri bir daşın yanına atılıb qaldığını, çırpındığını gördü. Vaqif özünün arxasınca haraya gələn həmvətənləri ilə birgə ağır yaralanaraq, qan icində olan eloğlunu – Fəxrəddin Balayevi təzəcə bir qədər təhlükəsiz yerə çəkmişdilər ki, qəfildən bi-birinin ardınca bir-neçə güclü partlayış baş verdi. Ancaq yaxşı ki, bunun onlara heç bir təsiri, ziyanı olmadı.  Vaqifgil köməkləşərək, ağır vəziyyətdə olan Fəxrəddini əvvəlcə tibb-sanitar hissəsinə çatdırıb, səhərisi günü daha ciddi müalicə üçün Yerevanda yerləşən hərbi qospitala göndərdilər. Orada SSRİ-nin müxtəlif yerlərindən gələrək, zəlzələdən zərər çəkənlərin müalicəsi ilə məşğul olan təcrübəli tibb işçiləri Fəxrədddin Balayevin həyatını xilas etmək üçün əllərindən gələni edirdilər. 

Ancaq Vaqifin qətiyyən aglına gəlməzdi ki, sabahısı günü onun özünü də müalicə üçün həmin qospitala yola salacaqlar.

…Dekabrın 12-də dağıntılar altında qalanların sağ olacaqlarına ümidlər artıq xeyli öləzimişdi. Bir tərəfdən də ermənilərin bizimkilərə qarşı açıq-aşkar nifrəti, kin-küdurətli baxışları dəstənin axtarış həvəsini tamamilə azaltmışdı. Bununla belə onlar ermənilərə heç bir aidiyyəti olmayan insanlıq xatirinə, bəşəriyyəti yaratmış Ulu Tanrı xatirinə axtarış işlərini, könülsüz də olsa, davam etdirirdilər.

Həmin gün Vaqif dağıntılar zamanı iki beton plitə arasında sıxılıb qalmış 3-4 yaşında bir rus uşağının cəsədi ilə qəfil üzləşdikdə az qala yer ayaqları altından qaçacaq, huşunu itirəcəkdi. Bir-neçə saat sonra isə dağıntılar arasından güclə eşidilən səs gəldikdə dəstə üzvləri plitələri aralamış və zirzəmidə qorxudan, aclıqdan və havasızlıqdan sifətləri saralıb-solmuş 5 və 7 yaşlarında erməni uşaqlarını və onların gənc anasını aşkar edərək, dağıntılar arasından çıxara bilmişdilər.  Ancaq elə ki Vaqif onları xilas edib, rahatca nəfəs almaq istəyirdi ki, birdən başına küt alətlə ağır bir zərbə endirildi. Yalnız bir-neçə saat sonra gözünü açdıqda özünü hərbi həkimlərin, tibb personalının əhatəsində gördü. Çox keçmədən onu da  Yerevan qospitalına göndərdilər - bir gün əvvəl özünün köməkliyi ilə Fəxrəddin Balayevin yola salındığı hərbi qospitala.

Vaqif qospitalda bir qədər özünə gələn kimi ilk olaraq Fəxrəddinin vəziyyəti ilə maraqlanmışdı. Dərhal soruşmuşdu ki, o sağdırmı? Rus hərbi həkimləri onun salamat olduğunu bildirməklə yanaşı ermənilərin Fəxrəddinin qospitalda olduğunu bilərək (şübhəsiz ki, “qan-qan” deyən daşnaklara bu məlumatı əlüstü olaraq qospitalda çalışan ermənilər çatdırmışdılar), onu axtardıqlarını, öldürməyə cəhd etdiklərini də gizlətməmişdilər.  Əlbəttə, aydın bir səbəbə görə - təyyarənin vurulması ilə bağlı izi, sonuncu şahidi aradan götürmək üçün. Bunu bilən Vaqif Fəxrəddini xilas etmək üçün qospital rəhbərliyindən onu qadın palatalarından birinə köçürməyi xahiş edir. Onun yaxşı düşünülmüş bu təklifi ağıllı bi məsləhət kimi eşidilir və Fəxrəddin ölüm hədəsi və təqibindən xilas edilir.  Təəccüblü də olsa, belə məsələlərdə ayıq-sayıq olan ermənilər kişi palatalarını ələk-vələk eləyib, Fəxrəddini axtarsalar da, qadın palatalarını yoxlamaq ağıllarına gəlmir. Belləliklə də məhz Vaqifin sayəsində onlar daha heç nədən şübhələnmədən izi itirməli olurlar. Bir-neçə gün sonra isə yenə də Vaqifin təklifi ilə müalicəsinin daha cəmərəlıi və etibarlı davamı, təhlükəsizliyinin tam təmini üçün Fəxrəddin Moskvaya yola salınır. 4-5 aylıq intensiv müalicədən sonra ona əlillik dərəcəsi verilərək, Bakıya, ailəsinin yanına göndərilir. 

Qəribədir ki, Vaqifgilin Leninakandakı dağıntılar arasından erməni ailəsinin sağ-salamat və rus balasının cəsədinin çıxarılması barədə elə həmin gün Moskvanın Mərkəzi televiziyası və radiosu xəbərlər yaymış, keçmiş SSRİ-nin nüfuzlu nəşrləri bu barədə geniş yazılar vermişdilər, ancaq heç bir konkret ad-familiya çəkilməmiş, xilasedicilərin kimlər olduğu barədə Sovet və dünya ictimaiyyətinə heç bir məlumat çatdırılmamışdı.  Sadəcə, bunun hərbi qulluqçular tərəfindən edildiyi göstərilmişdi.  Necə ki, “İL-76” təyyarəsində erməni faşistləri tərəfindən məhv edilən həmvətənlərimiz üçün hökumət adından verilən rəsmi başsağlığında da onların azərbaycanlı olduqları gizlədilmiş,  onların sadəcə “sovet hərbçiləri” olduqları bildirilmişdi. Bu yalnız onun üçün edilmişdi ki, azğın, vəhşi  əməllərinə görə Sovet adamında ermənilərə qarşı nifrət hissi oyanmasın, özlərini hər yerdə “əzabkeş“ kimi tanıdan mənfur millətin yırtıcı maskası yırtılıb- açılmasın.

Bizim ehtiyatda olan gənc zabitlərimizi Leninakana aparan “İL-76”-nın guya dumanlı hava şəraitində qəzaya uğradığını sübut etməyə çalışan Moskva “qara yeşiyin” ciddi və diqqətlə araşdırılacağını dəfələrlə bildirsə də, ermənilərin “nüfuzuna” hansısa bir kölgə düşməməsi xatirinə bu işi nəinki başa catdırmamış, heç başlamamışdı da. Halbuki, məlum olduğu kimi, bu tip hərbi təyyarələr hər cür hava və aerodinamik şəraitdə uçuşlarda dünyanın ən etibarlı hərbi təyyarəsi hesab olunur. Moskva öz elm və texnikasınin nailiyyətinə kölgə salınmasına razı idi, ancaq ermənilərin bədxah, nifrətə layiq bir millət olduğunun bildirilməsinə – yox. Bizim təyyarədan sonra ermənilərin Türkiyəyə məxsus olduğu hesab edərək, yuqoslavların hərbi təyyarəsini də raketlə vurub salmaları rusların təqdimatında sadəcə “aviakatstrofa” kimi qiymətləndirilmişdi.

Yeri gəlmişkən, sonda ürək ağrısı ilə qeyd etmək lazım gəlir ki, Moskva və Yerevan tərəfindən Yuqoslaviya təyyarəsində həlak olan cəmi 7 nəfər ekipajın Leninakana köməyi igidlik, qəhrəmanlıq səviyyəsinə qaldırılıb, onların xatirəsinə böyük bir abidə ucaldılsa da, sayca onlardan 10 dəfədən də çox olan Azərbaycan oğullarının fədakarlığı heçə endirilmiş, sayılmaz edilmişdi – təki Moskva erməni daşnaklarının könlünə zərrəcə toxunmasın, onları özlərindən incik salmasın.

Rəhman ORXAN
lent.az

P.S.  Təəssüf ki, bizə düşmən olan bir ölkədə, mənfur millət, qaniçən adamlar arasında  həmvətənlərinin təhlükəsizliyini təmin etmiş, digər həmvətənimizi ölümdən xilas etmiş Vaqif Əhmədovun – bu qorxmaz, cəsur azərbaycanlının, hazırda II qrup əlilin 25 il əvvəl göstərdiyi şücaət, əsl vətənpərvərlik nümunəsi o zaman nə Sovet dövləti, nə də Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirilməmişdi. Ancaq, yəqin ki,  indi də gec deyil.

Hazırda Vaqif Əhmədov Qarabağ veteranları və əlilləri Respublika Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri kimi  əlaqədar təşkilatlar və cəmiyyətlərin vasitəsilə Vətən yolunda xidməti olanlara mümkün köməkliklər etməyə çalışaraq, mühüm fəaliyyət göstərir. O, həmişə olduğu kimi, taleyin onu üzləşdirdiyi ağır sınaqlara baxmayaraq, yenə də yüksək insani keyfiyyətləri özündə qoruyaraq, vicdanla, ləyaqətlə yaşamağı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı