Modern.az

Milli Şura Bakıda bahalaşma əleyhinə mitinq keçirib - FOTOLAR

Milli Şura Bakıda bahalaşma əleyhinə mitinq keçirib - FOTOLAR

15 Dekabr 2013, 14:49

Dekabrın 15-də Yasamal rayonundakı “Məhsul” stadionunda Milli Şuranın növbəti mitinqi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi aksiyasa benzinin bahalaşmasına etiraz əlaməti olaraq «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!» şüarları səsləndirlib.
Saat 14.00-da başlayan mitinqə yağış mane olub.   

Modern.az-ın məlumatına gprə, mitinqi jurnalist Şahvələd Çobanoğlu aparıb. O, ilk sözü AXCP sədri Əli Kərimliyə verib.

Əli Kərimli yanacağın bahalaşmasını pisləyərək, hökumətin qazın, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istədiyini vurğulayıb. O, ölkə ictimaiyyətini hakimiyyətin başalaşma siyasətinə dur deməyə çağırıb.

Müsavat Partiyası İcra Aparatının rəhbəri  Arif Hacılı hakimiyyətin siyasətini kəskin tənqid edərək, bildirib ki, Azərbaycanda yaradılan  qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir. O, dünyanın azadlıqsevər dövlətlərinin Azərbaycan xalqına dəstək verəcəyi günün uzaqda olmadığını deyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu hakimiyyətin dinc və demokratik yolla dəyişdirilməsi zərurətindən danışıb. O, qiymətlərin qaldırılmasını xalqa qarşı sui-qəsd kimi dəyərləndirib.

Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. O, soyuq, çiskinli hava şəraitinin insanların ruhunu qıra bilmədiyini süyərək, mitinqə gələnləri alqışlayıb.
İqtidarın siyasətini kəskin tənqid edən C.Həsənli xalqı meydanlarda mübarizəni davam etdirməyə çağırıb.
”Sevgili xalq, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən”.
Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalları, jurnalistləri, NİDA-çıları, günahsız vətəndaşları xatırladıb və bu məhkəmə proseslərini məzhəkə adlandırıb.
Milli Şura sədri deyib ki, Azərbaycan iqtidarı da dünyada gedən proseslərin fonunda baş qaldıran demokratiya dalğasına tab gətirə bilməyəcək.
Cəmil Həsənli benzinin və digər məhsulların bahalaşmasını pisləyib və deyib ki, xalq qiymət artımına qarşı dirəniş göstərməklə, mübarizə aparmalıdır.
Sonda mitinqin qətnaməsi oxunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı