Arxiv
19 Fevral 2014, 10:45 | ƏDƏBİYYAT
Göylər şairlərindi!
Göylər şairlərindi!

 

Afaq ŞIXLI

Qələm dostum FƏRQANƏ MEHDİYEVA-ya, doğum gününün 50-ci ildönümü münasibətilə!

Vətənimdən qürbətə dönərkən, yüküm kitab olur hər zaman - dostlarımın hədiyyə etdiyi və öz seçib aldığım kitablar... Bir yana baxanda, bundan gözəl nə ola bilər ki?! - Hər bir kitab onu yazanın ən əziz könül varıdır, bu sarıdan, mən özümlə əzizlərimin əziz tohfələrini götürürəm qürbətə. Onlardır, qışı bitib tükənməyən məmləkətdə mənə qüvvət verən, isindirib yaşadan.

Son səfərimdəki dəyərli yüklərimdən biri, şairə Fərqanə xanım Mehdiyevanın mənə hədiyyə etdiyi “İkimiz darıxsaq...” şeir toplusu oldu.

Fərqanə Mehdiyeva – 1964-cu il fevralin 19-da Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Mədəni Maarif texnikumunun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, sonra Azərbaycan dövlət Pedoqoji universitetinin filologiya fakültəsini bitirib.

Əsərləri 1981-ci ildən respublikamızın ədəbi-bədii orqanlarında dərc olunur. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. “Ulduz” jurnalının poeziya şöbəsinin redaktorudur. Prezident təqaüdçüsüdür.

“Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...” kitablarının müəllifidir.

Radio və televiziya verilişlərində mütəmadi çıxış edir. Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub. Şeirlərinə musiqi bəstələnib.

Fərqanə xanımı facebook sosial şəbəkəsində xeyli zamandır tanısam da, real həyatda bu ilin noyabr ayında AYB-də yeni kitabım “Ömrümün beşinci fəsli”nin imza günü keçirilərkən görüşdük.

Mən bu xanımı ilk dəfə “Qızları qoymayın şeir yazmağa” şeirilə sevmişdim. Fərqanə xanım görər-görməz bağrıma basdım, sanki illər dostuyuq kimi isti və səmimi söhbətimiz oldu. Xoşladığım şeirini oxumasını rica etdim. Məni qırmadı, oxudu. Hətta şeirinə olan sevgimdən dolayı təşəkkür etdi, buna bənzər daha bir şeirinin olduğunu deyərək, onu da mənə əzbər söylədi. Bu şeir – bir qadın ürəyinin zərif arzusuna, duasına və hətta deyərdim ki, yalvarışına bənzəyirdi:

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar,
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.

Şairəni dinləyərkən, düşündüm ki, qadın taleləri, xarakterləri nə qədər müxtəlif olsa da, şair qadınların taleləri, ruhları, düşüncələri bir-birinə çox bənzərdir. İyirmi yaşlı oğlum Nicat, bir gün “Mən öz həkim anamdan ötrü darıxmışam”, - demişdi mənə. O zaman mən şeirlərimə və kitablarıma ayırdığım zamanın, övladlarıma verdiyim Ana sevgisinin əksildiyinin fərqinə vardım. Oğlumun həsrət və nisgillə dediyi, mənə çox təsir edən bu cümləsi, sanki Fərqanə xanımın şeirinin misralarından çıxıb gəlmişdi: “Şair balaları yetim olurlar...”

Şair analar daha kövrək, daha narahat, daha yaralı olurlar, onların ədəbiyyat sevgisinin daha güclü olduğunu duyan isə hamıdan öncə balalar olur... Amma bu gerçəyin bir bəraəti var – şeir və söz sevgisinin nə qədər ülvi və qaçılmaz olduğunu gələcəkdə övladlar mütləq anlayacaqlar. Biləcəklər ki, bu bir alın yazısı və qara sevdadır.

İzahata ehtiyac yoxdur. Şairlər heç kəsə bənzəməzlər. Hər kəs cümlələrlə şairlər isə misralarla danışar. Hər kəsin kimdənsə gizli bir bir sirri var, şairlərsə şeirlərində ürəklərini bütünüklə açan qəribə insanlardır. Hər kəs dünyaya övlad gətirib böyüdər, şairlərsə həm də söz gətirərlər dünyaya.

Fərqanə xanımın sözlərilə desək – göylər şairlərindi!

Bu yer ki var – dərindi,
Yerləşmisən – yerindi.
Göylər – şairlərindi!
Göynən oynama, bala!

Bir sevimli qələm dostum var – Elman Tovuz. Bakıya gəldiyimdə dəfələrlə ziyarətinə gedirəm və hər dəfə eyni taksi ilə evə qayıdıram. Bu taksinin sürücüsü - Elman bəyin qonşusu Cavançir əmi çox səmimi və bir qədər də baməzə adamdır. Hər dəfə məndən  “Qızım, Elman şairgildən gəlirsən yenə? Kefi-halı necədir?” - deyə  soruşur, sonra isə yolboyu maraqlı, məntiqli söhbətlər edir. Bir dəfə belə bir söhbət etdi: “ Qızım, siz şairlər söz yükü daşıyırsınız. Bunun məsuliyyəti birisən necə böyükdü? Bax, Qurani Kərimdə “Şairlər” surəsi var. Amma gör bir, daşdaşıyan surəsi varmı? Halbuki daş daşımaq neçə çətindi? Deməli, söz yükü daşdan da ağırdı. Onu daşıyanlar isə, Allahın sevimli, sayılan-seçilən bəndələridir ki, onların adına surə yaranıb müqəddəs kitabda!”

Cavanşir əminin bu müdrük kalamını dinlədikcə yadıma ölməz şairimiz Əli Kərimin əvəzsiz misraları gəlirdi:

Yollar kənarında pinəçilər var,
Alim təfəkkürlü, şair xəyallı...

Beləcə yeri gələndə bəzi adamların yuxarıdan aşağı baxdığı sürücünün sözlərindəki məntiq məni çaşdırdı. Yaşı yetmişə çatan bu arıq, çəlimsiz, sadə geyimli, orta savadlı kənd adamının işlətdiyi cümlələri yaddaşıma həkk etdim və bir gün bu kəlmələri qələmə alacağımı düşündüm. Bunu Cahangir əminin özünə də dedim. “Etirazım yoxdur” – deyə güldü.

Fərqanə xanım haqqında yazarkən nədənsə bu məqamları xatırladım və oğlu Ülfətə xitabən“Göylər şairlərindi” deyən bacıma “Çox güman ki, haqlısan” - demək istədim. Çünki, biz bu dünyadakı ömrümüzü, ruhumuzu göylərə kökləyərək yaşayırıq. Əslində şeir yazarkən, yerin cazibəsindən çıxmış oluruq. Çəkdiyimiz zillət və iztirab –  hər nə cür olsa da  – bir şeirin yaranmasına zəmin yaradır. O üzdən, biz şairlərin həyatımızdan narazılıq etməyə haqqımız yoxdur bəlkə də; bunu yalnız, misralarda, şeirlərdə edə bilərik.

Çəkdi ürəyimi şişə ayrılıq,
Sındı çilik-çilik şüşə ayrılıq.
Yaraşdı bəxtimə qəşəng ayrılıq...
M
ən sənin ömrünə çata bilmədim!

Gözəl şeir - bir hədiyyədir. Gözəl şeir eşitmək insanın ruhunu elə oxşayır ki, onun verdiyi həzzi heç nəylə əvəz etmək olmaz.

Çox qəribədir, hər bir içdən gələn, candan yazılan qəmli şeir, nə qədər qəmli olur-olsun, ürəyin yanğısını soyudur, yaralı qəlbə məlhəm olur. Və bu möcüzənin sirri hələ açılmamışdır. Şeir - ümumiyyətlə tayı-bərabəri olmayan möcüzələrin başında gəlir! Ona, nəinki bir ömür, yüz ömür belə olsa qurban etməyə dəyər!

“Kişilər yazarkən Tanrıya, qadınlar isə kişiyə baxarlar”, - demişdir Blok. Amma hər məşhur adamın dediyi söz yüz faiz həqiqət ola bilməz. Kişilər inciməsin, amma siz öz prizmanızdan baxıb çoxguşəli qadın qəlbinin neçə bərq vurduğunu tam dəqiqliyilə görə bilmirsiniz. Fikir yürütməyə tələsməyin, çünki sizə ən adi gələn bir şey, qadın qəlbində firtina yarada bilir. Qadınlar yazarkən ürəklərinin içinə diqqət edərlər! Xoşa gəlmək üçün yazmazlar qadınlar, dünyanı daha incə və daha saf duyduqları üçün dürüst yazarlar – uydurmasız. Bəzən səslərini eşitdirə bilmək üçün, bəzən acılarını soyutmaq üçün. Nifrətləri də bir sevgidir əslində - kama çatmayan sevgi. Qadınları anlaya bilmək üçün, yalnız qadın olmaq gərəkdir.

Şair ürəyi yanmalıdır ki, qələm közərsin! Bu halda, qadın ürəyindən də çox alışan, daha nə ola bilər? Şair qadınların fədakarcasına yandırdıqları bu məşəlin oduna isinənlərin xeyir-duası onların övladlarına da yetər, artıq da qalar. Və bu övladlar, dünyaya onlar üçün Söz adlı yüzlərlə bacı-qardaş gətirən analarıyla fəxr etməlidirlər!

“Gözəlliyi görmək və duymaq bacarığını qoruyub saxlayanlar, heç zaman qocalmırlar”, - deyib Kafka. Fikrimcə, belə insanlardandır Fərqanə xanım. Şairənin məndə yalnız bir kitabı var - bir gecədə oxuduğum və vurulduğum şeirlər toplusu  - “İkimiz darıxsaq...” Amma inşaAllah onun digər kitablarını da sevə-sevə oxuyacam.

İnanıram ki, mənə həmişə “Vətən bacım” deyib əzizləyən dəyərli qələm dostumla, “Ulduz” jurnalında həqiqi bir ulduz kimi parlayan, “gecənin özünü də tək qoya bilməyən”, “yıxılsa belə, özünə dağılmayan”, sevənlərə “darıxmaq öyrətmək” istəyən bu gözəl insanla – Fərqanə Mehdiyeva ilə səmimi görüşlərimiz və kitab mübadilələrimiz hələ bundan sonra çox olacaqdır.

Doğum günün mübarək olsun bacım! Yeni şeirlərini səbirsizliklə gözləyirəm!

Kitabındakı şeirlərdən birinə yazdığım bu cavab misralarımı isə hədiyyə olaraq qəbul et:

“Sən darıxmadın!
Qismətim gen gəzdi, daraldı getdi...
Bir ümid ocağı qaraldı getdi...
Güvənli dağları qar qaldı getdi,
Ömrümə çən düşdü, sən darıxmadın!

Həyat qəm yükünü yaman abartdı,
Nisgilin bitmədi, artdıqca artdı...
Saçlarım dərdimi açıb-ağartdı,
Dən üstə dən düşdü, sən darıxmadın!

Çilən bitən deyil, qalsa yüz ilə...
Yaramın üstünə gəl də duz ələ!
Dedim ki, “darıxsaq dünya düzələr”,
Bu bəndə mən düşdüm, sən darıxmadın!

A.Şıxlı.”

Fevral 2014
Moskva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün