Modern.az

Beş uşaq anası olan birinci ledi - FOTOLAR

Beş uşaq anası olan birinci ledi - FOTOLAR

30 Aprel 2014, 11:23

Anna Komarovskaya nənə olmağa hazırlaşanda əri prezident seçilib

Modern.az “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

Növbəti yazıda Polşa prezidentinin xanımından bəhs edilir.

Polşanın birinci ledisi Anna Komarovskaya 2011-ci il aprelin 10-da Smolenskdə bir il əvvəl elə həmin gün Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı və hökumət nümayəndələrinin olduğu təyyarənin qəzaya uğradığı yerdə matəm tədbirinə qatılmaq üçün gəlib.

Mərasimdən sonra Anna Komarovskaya Varşavaya qayıtmalı idi, ancaq nəticədə bir neçə saat Vitebskdə gözləməli olub. Ləngiməyə səbəb birinci ledini aparmalı olan Boeung 737 təyyarəsinin mühərrikindəki nasazlıq olub. Komarovskaya taleyi ilə oynamamaq üçün digər təyyarəni gözləməyi qərara alıb. 

Yeni birinci ledi və lənətlənmiş Smolensk

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin və onun həyat yoldaşının da olduğu Tu-154 təyyarəsi 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Bu qəza nəticəsində faciəli şəkildə həlak olan  96 nəfər arasında Polşa Milli Bankının rəhbəri Slavomir Skşıpek, dövlət başçısının dəftərxanasının rəhbəri Vladislav Stasyak və digər yüksək vəzifəli də şəxslər olub. Qnlar Xatında polşalı hərbçilərin öldürüldüklkəri yerdə anma mərasimində iştirak etməyə gəlirdilər. Bu faciənin əsas versiyası kimi ekipajın səhvi irəli sürülsə də, hələ indi də buna şübhə edənlər az deyil.

Bütün Polşanı sarsıdan bu faciədən sonra növbədənkənar prezident seçkiləri keçirilib. Bu seçkilərdə Bronislav Komarovski qalib gələrək ölkə başçısı seçilib. Yeni birinci ledinin Smolenskdəki anım mərasimindəki çıxışından: “Biz elə bir yerdəyik ki, həmişə yaddaşımızda və ürəyimizdə ağır yara kimi qalacaq. Qisməti dəyişmək olmaz və zamanı geri qaytarmaq mümkün deyil. Ancaq dünyadan köçənlərin xatirəsini yad etmək olar”.

Keçmiş hərəkatçı


Anna Komarovskaya Varşvada anadan olub. O, Varşava Klassik Universitetinin məzunudur. Təhsilini başa vurandan sonra orta məktəbdə latın dili müəllimi işləyib. 1995-ci ildən sonra 5 il sığorta şirkətində çalışıb.Gəncliyində Polşa boyskaut hərəkatına cəlb olunub və assosiasiyaya rəhbərlik edib, nəticədə bu iştirakı ilə 1970-ci ildə Bronislav Komarovski ilə görüşüb. Onlar 1977-ci ildə evləniblər, o birinci qızı dünyaya gələndən sonra işləməkdən imtina edib, uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün evdar qadınlığa üstünlük verib. Qeyd edək ki, Anna Komarovskya beş uşaq anasıdır - Zofia, Tadeuş, Marısya, Pyotr və Eljbeta, Stas, Xanya və Kubusun nənəsidir.

Nənə olmağa hazırlaşırdı, birinci ledi oldu

“Nənə olmağı planlaşırdım, birinci ledi oldum. Hər ikisini bir yerə sığışdırmaq lazım gələcək”, - Anna Komarovskaya, Polşa prezidentinin arvadı əri dövlət başçısı vəzifəsinin rəsmən icrasına başlamazdan bir az əvvəl müsahibələrindən birində belə deyib. O zaman hamı deyirdi ki, ərinin prezident seçkilərindəki qələbəsindən sonra əsl polşalı evdar qadın, beş uşaq anası və növbəti nəvəsinin dünyaya gəlməsini gözləyən nənənin öhdəliyi artacaq. Ancaq yerli analitiklər hesab edirdilər ki, belə güclü qadın bu vəzifənin də öhdəsindən digərindən pis gəlməyəcək.

 “Mən - Anna Komarovskaya ümid edirəm ki, özüm olaraq qalacağam. Mənim ərim prezident olmaq istəyir, düşünürəm ki, bizim ölkədə başqa birisi yox, o buna layiqdir. Mənim də yerim onun yanındadır”, - indiki birinci ledi daha bir müsahibəsində belə deyirdi.

Dissident ərinin axtarışına çıxan qadın


1981-ci ilin dekabr ayında Polşada hərbi vəziyyət tətbiq olunanda Komarovski də dissident təşkilatının fəal iştirakçısı kimi ölkə daxilində nəzarət altına alınıb, Anna isə sədaqətli “dekabrist arvadı” kimi ərinin axtarışı üçün Yavor şəhərinə gedib: “Belimdə çanta bir neçə kilometr qarlı yolları keçib nəticədə həmin yerə çatdım”, - prezidentin həyat yoldaşı həyəcanlanır. “Anna çox fəal, işgüzar, kişi kimi-xarakterli, yaxşı təşkilatlanmış insandır. Təkcə özü üçün yaşamır, həm də başqaları üçün. Mən ona çox borcluyam”. Bunu isə Polşanın prezidenti Bronislav Komarovski qeyd edir. 

Komorovskaya özünü “ev menecerei” adlandırır, karyera əvəzinə uzun illər evdarlığı və övladlarına qulluq etməyi seçsə də,  fəal həyat tərzi keçirməyə də üstünlük verir. Heç kim onu tənbəl qadın kimi təsəvvür etmək belə istəmir. Komorovskilərin uşaqları artıq böyüyüblər və valideynlərinin qayğısına ehtiyacları yoxdur, ona görə indi birinci ledinin ölkənin siyasi və ictimai həyatında fəal iştirak etməyə kifayət qədər vaxtı var: “Birinci ledi olmaq-böyük məsuliyyətdir, həm də insanlara xeyirxah  işlər görmək üçün imkandır”, - o, belə hesab edir.

Gələcək prezidentin ən fəal təbliğatçısı


İndiki birinci ledinin ərinə kömək etmək arzusu hələ seçkiqabağı kampaniya zamanı özünü göstərib. O vaxt seçicilərlə, əsasən qadınlar və pensiyaçılarla çoxlu görüşlər keçirib, həvəslə müsahibələr verib, ərinin müsbət xüsusiyyətlərindən danışıb. Bundan əlavə, hər yerdə polşalılar üçün böyük əhəmiyyət daşıyan ailənin dəyəri haqda danışıb. Əslində Komarovskilər özləri Polşada ən ideal ailələrdən biri hesab olunduğundan gələcək birinci ledinin bu haqda fikirləri hər kəs tərəfindən rəğbətlə qarşılanıb. O vaxt ali kürsüyə namizədlərdən biri də 2010-cu ildəki təyyarə qəzasında faciəli şəkildə həlak olan Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinski idi. Ancaq onun heç vaxt evli olmaması Komarovskilərin seçkiqabağı təbliğatında böyük rol oynayırdı. Daha dəqiq desək, gələcək birinci ledi seçkiqabağı görüşlərinə ailə dəyərlərindən danışarkən ərinin əsas rəqibi hesab olunan Yaroslav Kaçinskinin evli olmaması faktına da hərdən eyham vururdu. Nəticədə, məhz bu faktdan seçicilərin simpatiyasını qazanmaq üçün məharətlə istifadə olunurdu.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir