Modern.az

Rövşən Rzayev: “ANS böyük səhvə yol verib”

Rövşən Rzayev: “ANS böyük səhvə yol verib”

Aktual

2 May 2014, 17:09


ANS ÇM radiosunda gedən “Qafqaz top 20” musiqili verilişində erməni müğənnilərin mahnılarının səsləndirilməsinə “Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev münasibət bildirib. Modern.az xəbər verir ki, o, sözügedən layihəni “böyük bir səhvə” adlandırıb.

“ANS-çilər böyük səhvə  yol veriblər. Qəti şəkildə yolverilməz bir haldır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub, bir milyon insan qaçqın, məcburi köçkündür. Digər tərəfdən, daima azəri mahnılarını öz adlarına keçirən bir millət olublar. Onların mahnılarını səsləndirmək nə dərəcədə düzgündür?!”, – deyə R. Rzayev qeyd edib.

 

Ayşən Mönsümlü

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür