Modern.az

“Bakıda seks sənayesinin gündəlik qazancı 1 milyon dollar təşkil edir” - EKSPERT

“Bakıda seks sənayesinin gündəlik qazancı 1 milyon dollar təşkil edir” - EKSPERT

13 May 2014, 21:36

Bakıdakı yüngül əxlaqlı qadınlar və onların gündəlik qazancı barədə maraqlı statistika açıqlanıb. Modern.az saytı xəbər verir ki, “Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev “Exo” qəzetinə müsahibəsində deyib ki, hər gün təxminən 3 mindən artıq yüngül əxlaqlı qadın qazanc üçün küçələrə çıxır.
Onun sözlərinə görə, bu cür qadınların sayı dəqiqliklə məlum olmasa da, fahişələrin qazanc axtardığı kafe, sauna, bar və digər yerlər sayılsa, o zaman hər gün 3 minədək “məhəbbət kənizi”nin evdən çıxdığını təxmin etmək mümkündür.

”Bu faktı nəzərə alsaq, Bakıda seks sənayesinin gəliri gündəlik olaraq 1 milyon dollardan çoxdur”-deyə ekspert Nəriman Ağayev qeyd edib.

Ekspert deyir ki, fahişələrin artmasına görə təkcə onları günahlandırmaq düzgün deyil, regionlardan olan kişilər Bakıya axışırlar, bu isə “məhəbbət kənizləri”nə olan tələbatı artırır. Tələbat isə təklifə səbəb olur.   

Ekspertin fikrincə, yüngül əxlaqlı qadınlar adətən gecə 2-dən 5-ə kimi işləyirlər. Bakıda fahişələrin ən aşağı qiyməti 10 manatdır, onları əsasən Səməd Vurğun parkının yanında görmək olar.
N.Ağayev deyir ki, ümuimiyyətlə Bakıda fahişələr müxtəlif intim xidmətlər təklif edirlər və onlar səviyyələrinə görə fərqlənirlər ki, bu da qiymətlərdə özünü göstərir. “Ən bahalı fahişlərin qiyməti 800 manata qədər qalxır”, - deyə  ekspert bildirib.

Qadın problemlərini araşdıran “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova isə bildirib ki, Azərbaycanda fahişələri bir neçə kateqoriyaya ayırmaq olar: elit, yüngül davranışlı qızlar, evlərdə, sauna və yolda dayananlar və s. Buna müvafiq olaraq da qiymətlər dəyişir.

“Qiymətlər 15 manatdan 150 manata qədərdir. Bardakı fahişələr 25 manatdan 100 manatadək pul alırlar, bu görüşün vaxtından asılıdır”. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir