Modern.az

Massaçusets ştatının mərkəzi küçələrindən birinə “ARTSAX” adı verilib – FOTO

Massaçusets ştatının mərkəzi küçələrindən birinə “ARTSAX” adı verilib – FOTO

Aktual

17 May 2014, 13:53

Amerikanın Massaçusets ştatının Uotertaunun şəhərinin mərkəzi küçəsi rəsmən “Artsakh street” (Artsax küçəsi)  adlanır. Modern.az bildirir ki, 2011-ci ildə separatçı “Dağlıq Qarabağ Respublikasının” yaradılmasının 20 illiyi ilə əlaqədar olaraq küçəyə bu ad qoyulub. Amerikanın Massaçusets ştatının Uotertaun şəhəri 31 min sakinin yaşadığı  şəhərdir. Şəhərin mərkəzi küçəsində yolun kənarında Amerika və Ermənistan bayraqlarının dalğalandığını görmək olar. Bayraqların arxasında qırmızı kərpicdən tikilmiş Surb Stepanos (Müqəddəs Stepan) erməni kilsəsi diqqəti cəlb edir.

Şəhərin demoqrafiq və etnik tərkibinə nəzər salsaq bunun səbəbi aydın olacaq. Belə ki, 2010-cu il ABŞ Siyahıyalama Bürosunun keçirdiyi sorğuya əsasən 31,915 nəfər sakini olan şəhərdə 8 min erməni yaşayır. Yəni Uotertaunun 25%-i milliyətcə ermənidir. Bu səbəbdən ermənilər həm şəhər administrasiyasında, həm də qanunverici orqanında böyük təsirə malikdirlər.

 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır