Arxiv
8 İyul 2010, 12:02 | MEDİA
Ən az ömür sürən peşə sahibləri - jurnalistlər

Avropada aparılan tədqiqatlara görə əqli işlə məşğul olan insanlar arasında ən az ömür sürən peşə sahibləri jurnalistlərdi.

Tədqiqtlarda göstərilir ki, əvvəllər bu, daha çox psixoloji, təzyiq amilləri ilə bağlı olubsa, indi kompüterlər onlardan da qorxulu məqam kimi özünü gəstərməyə başlayıb. Avropadan fərqli olaraq Azərbaycanda jurnalistlər üçün kompüterlər qorxulu deyil. Əgər Azərbaycan jurnalistlərinin evsizlik, aşağı məvaciblə işləmə, təhqir və hədələrə məruz qalma, normal qidalanmama və onlarlarla digər problemi olduğunu nəzərə alsaq, onda bizim gerçək media işçiləri Avropa qələm sahiblərindən daha çox həyəcanlanmalıdırlar. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Modern.az-la söhbətində əqli işlə məşğul olan insanlar arasında ən az ömür sürən peşə sahiblərinin  jurnalistlər olması barədə məsələyə belə münasibət bildirib: “Mən hələ tələbə olanda bir dəfə Şirməmməd Hüseynov dedi ki, “bir söz deyəcəm, amma qorxmayın. Yaradıcı insanlar içərisində ən az ömür jurnalistlərə məxsusdur. Amma jurnalistlər qorxmasınlar, onlar bu ömrü elə yaşayırlar ki, cəmiyyətə xeyir verən, ictimi rəydə olan insanlar arasında öndə olurlar. Bir çox insan televiziyada görünək üçün min hoqqadan çıxır, amma jurnalist həmişə efirdə, qəzetdədir”. Bu nədən irəli gəlir?! Yaradıcı insanlar yuxudan başqa ömrünün bütün anlarını yaradıcılıq qayğıları ilə yaşayır. Məsələn, sürücü axşam evinə gələndən sonra bozbaşını yeyib rahatca  yatır. Amma bizim işimiz daha çox evə gələndən sonra başlayır. Hətta biz yazıçılardan da artıq düşünməli oluruq. Ona görə ki, yazıçı bir sənətkar kimi yalnız bişirdikdən sonra, yəni əsəri öz ürəyində meydana gətirdikdən sonra kağıza köçürməyə başlayır. Amma jurnalistlər redaksiya tapşırığını yerinə yetirir. Bunun fərqi yoxdur, gündüzdü, gecədi, evdəyik, işdəyik, mütləq etməliyik.  Biz jurnalistlər hər an öz yaradıcılıq problemlərimizlə yaşayırıq. Məsələn, BBC bu gün dünyanın ən önəmli telekanallarından biridir. Guya dünyanın bütün sivil qayda-qanunları Britaniyadan çıxır. Amma BBC-nin əməkdaşları sutkada 14-16 saat işləyirlər və onlar heç vaxt gileylənmirlər ki, artıq işləyirlər. Çünki o iş onların kredosudur. O peşə onun həyatıdır, ona vurğundur. Jurnalistin ömrü həqiqətən hesablamlara görə digər peşə sahiblərindən azdır. Amma bu peşə çox şərəfli və maraqlıdır. Bəxtiyar Vahabzadənin bir şeiri var. Tam yadımda qalmayıb, deyir ki, “300 il qarğa kimi yaşamaqdansa, şahin kimi 3-5 il yaşamaq daha şərəflidir”. Jurnalistlərə qarşıdan gələn mətbuat günü münasibətilə ömürlərinin şərəfli və uzun olmasını diləyirəm”.

 

Jurnalist, millət vəkili Lalə Abbasova isə bidirir ki, doğrudan da əsl peşəkar  jurnalistlərin ömrü az olur: “Çünki onlar daha çox psixoloji təzyiqlərə məruz qalırlar. Həmçinin həyacanla işləyən peşə sahibləridirlər. Ümumiyyətlə jurnalistlər gərgin iş şəraitində olurlar. Emosiyalarını, əsəblərini daha çox itirirlər. Haqsızlığa qarşı mübarizə aparırlar. Mən deyərdim ki, operativliyin də haradasa buna təsiri var. Ümumilikdə bütün bunlar jurnalistin az yaşamasına səbəb olur. Bundan çıxış yolu kimi jurnalistlər daha təmkinli olmalı, prosesləri sərbəst fakt kimi qəbul etməlidirlər. Dünyada baş verən hadisələri normal qəbul etməlidirlər. Bu həyatdır. Həyatın da mənfi və müsbət tərəfləri var”.

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, jurnalistlərin aşağı ömür sürməsi ilə bağlı məlumatın düzgün olduğunu bilmir: “Ümumiyyətlə, Azərbaycanda orta ömür göstəricisi müstəqillik dövründə xeyli aşağı düşüb. Bunun bir sıra səbəbləri var. Birinci növbədə Azərbaycanda əhalinin böyük  hissəsinin kütləvi miqrasiya şəraitdə olmasıdır. Yəni qaçqın və məcburi köçkünlər, əhalinin bir hissəsinin ölkəni tərk etməsi və sair, bu kimi amillər insan ömrünə mənfi təsir göstərir. İkinci tərəfdən kriminal hadisələrin artması, ölkəyə daxil olan ərzaq və dərmanların keyfiyyətsiz olmasından törənən müxtəlif xəstəliklərin baş alıb getməsi, xüsusilə onkoloji xəstəliklərin orta çəkisini artması ümumi ömür göstəricilərinə çox ciddi neqativ təsir edir. O ki qaldı jurnalistlərə, sovet dövründə jurnalistika formal xarakter daşıyıb, yəni dövlətin nəzarətində olan bir jurnalistika idi. Amma hazırkı jurnalistika azad sözə xidmət edən jurnalistikadır. Azərbaycanda indi jurnlaistika azad, tam təşəkkülünü tapmasa da, nəzərə alaq ki, müstəqil qəzetlər çıxır. Bəzən isə jurnalistlər xeyli problemlərlə üzləşir. Məhkəmə çəkişmələri, həbslər, döyülmə faktları da olur. Jurnalistlər bir növ stress həyatı yaşayırlar. Ancaq jurnalistlərin bu ömür statistikasını çıxarmaq hələ tezdir. Azərbaycan müstəqillik tarixinin gənc olması və jurnalistlər ordusunun formallaşması hələ yetərincə deyil. Hər halda mən düşünürəm ki, sadaladıqlarım statistikaya təsir edən amillərdir.

Düşünürəm ki, ölkədə azad sözün qorunması birinci növbdə hamı üçün vacib məsələdir. Çünki Azərbaycanın bu 18 ildə qazandığı ən böyük nailiyyətlərdən biri söz azadlığıdır ki, biz onu göz bəbəyi kimi qorumalıyıq. Demokratiya, plüralizm, vətəndaş cəmiyyətinin əsas göstəricisi azad sözdür. Ona görə də istər dövət, istər sə də özəl qurumlar jurnalistlərlə çox korrekt danışmalıdırlar və onlara müsahibə verməkdən çəkinməməlidirlər. Çünki jurnalistlərin informasiya almaq hüququ var. Digər tərəfdən, biz açıq cəmiyyət qururuq və buna alışmaq lazımdır. Bəzən jurnalistlər üzərində olan təpkilər guya müəyyən təhqir, tənqid, şəxsi həyata müdaxilə adı altında olur. Artıq cəmiyyətdə belə faktlara dözümlülük yaranır. Jurnalistlərin özləri də bəzi məsələlərdə ehtiyatlı olmalıdırlar. Hələlik bu məsələ də tam oturuşana, demokratik təfəkkür inkişaf edənə qədər, yəni Azərbaycanda bu gün siyasi kültür, demokratik təfəkkür məsələsində xeyli qüsürlar var. Zaman bunları öz yerinə qoyacaq və həllini tapacaq. Digər tərəfdən, burada jurnalistlərin yaşayış səviyyəsi də önəm kəsb edir. Təəssüflər olsun ki, bizim əksər jurnalistlər ehtiyac içərisində yaşayırlar. Bu da onların ömürlərinə təsir edən amillərdəndi. Mən azad sözə xidmət şoxlu jurnalist tanıyaram ki, onların  yaşayış minimumları belə yoxdur. Evləri yoxdur, kirayədə qalırlar. Jurnalistlər normal qidalanmalıdırlar. Çünki jurnalist düşünən, hərəkətdə olan bir şəxsdir və bunlar lazımı qədər qidalanma, keyfiyyətli ərzaq, dərman tələb olunur”.

 

Təhminə PAŞAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02