Arxiv
2 Oktyabr 2009, 18:43 | ÖLKƏ
Bakının yeni Baş Planını hazırlayacaq şirkətin adı bu həftə açıqlana bilər

st1:*{behavior:url(#ieooui) }

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar keçirdiyi müsabiqənin nəticələrini açıqlamağa hazırlaşır.

Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat verib. Müsabiqədə ABŞ, İngiltərə, İsrail, Almaniya və Niderlandı təmsil edən 6 şirkət iştirak edib. Qaliblər «Moshe Zur Architects Town Planners Ltd.» (İsrail), «Scott Wilson» (İngiltərə), «GHK Consulting» (İngiltərə), «EDAW/AECOM» (ABŞ), «Urban Solutions» (Niderland), «AS&P Albert Speer & Partners GmbH» (Almaniya) şirkətlərindən biri olacaq: “Əslində qalibin adı sentyabrın əvvəlində élan olunmalıydı. Amma şirkətlərin bizə verdikləri təkliflər çox geniş və ingilis dilində olduğundan müsabiqənin yekunlaşması bir qədər gecikdi. Bizim müsabiqə komissiyasının 9 üzvü var, hamı həmin şirkətlərin təkliflərilə tanış olmalı idik. Artıq komissiya işləri yekunlaşdırır. Növbəti həftə isə yəqin ki, qalib şirkətin adı açıqlanacaq”. "Böyük Bakının Regional İnkişaf Planı"ı Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və ətraf qəsəbələrin ərazilərini əhatə edən strateji inkişaf konsepsiyası olacaq. Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, «Böyük Bakının Regional İnkişaf Planı» adlı kompleks layihələr Dünya Bankının krediti hesabına maliyyələşir. Bu işə 5 milyon dollar ayrılıb. Həmin vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14