Modern.az

Dünyada neçə monarxiya var? – SİYAHI

Dünyada neçə monarxiya var? – SİYAHI

Dünya

11 Oktyabr 2014, 22:32


Monarxiya hakimiyyətin sülalə daxilində irsilik əsasında bir şəxsdən digər şəxsə keçdiyi idarəetmə formasıdır. Monarxlar qeyri-məhdud hakimiyyətə, konstitusiya ilə məhdudlaşmış səlahiyyətələr yaxud da sırf formal funksiyalar malik ola bilərlər. Hazırda dünyada 44 monarxiya mövcuddur. Modern.az həmin monarxiyalar barədə informasiyanmı təqdim edir.

Teokratik monarxiyalar.

Dünya hakimiyyətin ruhanilərin (kilsəsinin) əlində olduğu yeganə monarxiya Vatikanda mövcuddur. Burada eramızın 1-ci əsrindən başlayaraq katolik ruhanilərinin dini lideri olan Roma papası seçilir. Hazırda 44 hektar ərazini əhatə edən Vatikanda 836 nəfər vətəndaş papanın hakimiyyəti altında yaşayır.

Mütləq (qeyri-məhdud) monarxiyalar.

Monarx səlahiyyətlərinin qanunla məhdudlaşdırılmadığı 5 belə ölkə var – Bruney, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı   

Konstitusialı monarxiyalar.

Dünyanın 23 ölkəsində monarxiya mövcud olsa da, qəbul olunmuş konstitusiya ölkədə qanunverici orqanın və baş nazirin mövcudluğuna imkan verir. Andorra, Bəhreyn, Belçika, Butan, Danimarka, İordaniya, İspaniya, Kambodca, Küveyt, Lesoto, Lixtinşteyn, Lüksemburq, Malaziya, Mərakeş, Monako, Hollnadiya, Norveç, Svazilend, Tailand, Tonqa, İsveç və Yaponiya konstitusiyalı monarxiyanın mövcud olduğu ölkələrdir.

Monarxın nominal (formal) dövlət başçısı olduğu Birlik ölkələri.

Bu ölkələrin hamısı Böyük Britaniya kraliçasının hakimiyyətdə olduğu ölkələrdi və onların sayı 16-dır. Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Böyük Britaniya, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadinlər, Sent-Kits və Nevis, Solomon adaları, Tuvalu və Yamayka Britaniya kral evinin formal hakimiyyətini tanıyır.  

Modern.az    

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır