Arxiv
11 Noyabr 2014, 22:16 | ƏDƏBİYYAT
Leyla Əliyeva: “Mənə olan sevginə nöqtə qoya bilərsən?”

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Mənə olan sevginə nöqtə qoya bilərsən?” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Ты меня можешь разлюбить?)

“Mənə olan sevginə
nöqtə qoya bilərsən?” –
Sükutun dili ilə
soruşdum sevgilimdən.
Yəqin ki, ayrılıqdan
ölməzsən... –
Kim ölüb kim.?!
Qəlbinin acısına,
azacıq nəşə qatıb
həyatına eləcə,
davam eləyəcəksən...

Ölən gününə qədər
bunu bir dərd eyləyib
xiffətmi çəkəcəksən? –
Ya da unudacaqsan –
Bir ilə, iki ilə...
Cızdığın üz cizgimi,
pozacaqsan kağızdan,
ya da ki, rənglər qatıb,
gətirəcəksən cana?

Sən məni ürəyindən
            silə bilərsən,
   əlbət;
Günün qürub çağında
axtarmarsan da xəlvət...
Beləcə davam edək:
Danışma, dilə gəlmə...
Ağzından çıxan sözün,
Yolu yoxdur geriyə.

Əlbət, bacaracaqsan,
bunu hamı bacarar;
Zaman da nəfəsini
asanca oğurlayar...
Gün üzündə sən məni,
Itirməklə, sevgilim,
yuxularda ruhuma
yenə də sənsən hakim...

Sən məni unuda bilərsən, əlbət,
Görüm olmaz olsun belə xasiyyət..!
Kədəri mən sənə öyrətdim, fəqət,
Sən qüssədə qaldın, etdim cinayət...

Burda tək günahkar özüməm... özüm...
Bağışlayacaqsan – mən inanıram
Zəif ürəkləri mən qıra-qıra
Qəlbimdə qəlpələr toplayacağam...

Mənə olan sevginə,
nöqtə qoya bilərsən.
Əlbəttə, bacararsan –
Bir sirri açdım sənə –
İnam dolu bir sirri:
Ruhunu tərk etmirəm..!
Nə qədər ki, mən özüm
Özümü dərk edirəm –
orada əbədiyəm...

Tərcümə edəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇI İLƏ MÜSAHİBƏ 28 Fevral 2020, 09:36 Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident 28 Fevral 2020, 09:32 Kirayə mənzil almaq istəyənlərin nəzərinə 28 Fevral 2020, 09:26 “Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti 28 Fevral 2020, 09:20 Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat 28 Fevral 2020, 09:14 Bakıda itkin düşən 5 nəfər tapıldı 28 Fevral 2020, 09:07 Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank 28 Fevral 2020, 09:00 Daha bir ölkədə koronavirus qeydə alındı 28 Fevral 2020, 08:24 Çində koronavirusa yoluxanların yarısı sağalıb 28 Fevral 2020, 08:11 Türkiyə 33 şəhid verdi 28 Fevral 2020, 08:03 Təlim-döyüş təyyarəsi qəzaya uğradı 28 Fevral 2020, 00:53 Bərdədə qadın baltalanaraq qətlə yetirilib 28 Fevral 2020, 00:43 Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? - Rəsmi 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16