Modern.az

Putin Poroşenkonu hədələdi

Putin Poroşenkonu hədələdi

Dünya

27 Noyabr 2014, 12:43

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkonu əgər onun ölkəsi Avropa İttifaqına və NATO-ya üzv olmaqdan imtina etməzsə, açıq şəkildə yeni hücum edəcəyi ilə hədələyib.

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Putin Poroşenkonu qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanımayacağı halda da müharibə hədəsi səsləndirib. Məlumatda qeyd edilir ki, noyabrın 26-da Poroşenko telefonla saat yarımdan çox Putinlə danışıb, bundan sonra prezident kifayət qədər dilxor halda fraksiyanın iclasına gəlib. Ukrayna vaxtı ilə saat 22:00-da “Pyotr Poroşenkonun Bloku”nun başa çatmasını gözləyən jurnalistlər Prezident Administrasiyasından Rusiyanın bu ölkədəki səfiri Mixail Zurabovun çıxdığını görüblər.

“Rusiya ilə problem var-onlar yeni hücumla hədələyir və separatçı respublikaları tanımağı, eləcədə Avropa İttifaqına və NATO-ya üzvlükdən imtinanı tələb edirlər”, - Prezident Administrasiyasındakı mənbə belə deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir