Arxiv
21 Avqust 2010, 19:05 | MEDİA
Bakıda “reket jurnalist” tutulub

Baş Prokurorluğun mətbuat xidməti Bakıda həkimləri şantaj edərək pul tələb edən jurnalistin həbs olunmasına dair məlumat yayıb. Modern.az xəbər verir ki, həbs olunan “reket jurnalist” barəsində hazırda Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib: “Mətbuat Şurasından Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Paşayev Vasif Bayram oğlu tərəfindən şantaja və təzyiqlərə məruz qalması barəqə Baş Prokurorluğa daxil olmuş məlumat araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Paşayev Vasif Bayram oğlu 19 iyul 2010-cu il tarixdə Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun iş otağına daxil olaraq üzərində “Azərbaycan qəzeti” yazılmış vəsiqəni göstərməklə özünü “Azərbaycan” qəzetinin şöbə müdiri kimi təqdim edib və dispanserdə guya yol verilmiş qanun pozuntuları ilə əlaqədar işlədiyi qəzetdə ifşaedici məqalə dərc etdirəcəyi və bunun da nəticəsi olaraq baş həkim kimi tutduğu vəzifədən azad olunacağı barədə şantaj edərək ondan 1.200 manat məbləğində pul tələb edib. Baş həkim R.İsmayılov üstündə həmin məbləğdə pul olmadığı üçün həmin şəxsdən növbəti gün dispanserə gəlməsini xahiş edib. V.Paşayev dispanseri tərk etdikdən sonra R.İsmayılov “Azərbaycan” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb. “Azərbaycan” qəzetinin redaksiyasından Vasif Paşayev adlı şəxsin həmin qəzetdə işləmədiyini bildiriblər. Növbəti gün V.Paşayev dispanserdə olarkən baş həkim Rəşad İsmayılovun xahişi ilə dispanserə dəvət olunub “Azərbaycan” qəzetinin şöbə müdirləri İxtiyar Hüseynli və Bəxtiyar Əzizli həmin “jurnalistin” “Azərbaycan” qəzetində işləmədiklərini bildirdikdə V.Paşayev “Azərbaycan” deyil “Azad Azərbaycan” qəzetində işlədiyini deməklə onlara müvafiq vəsiqə təqdim edib. “Azərbaycan” qəzetinin əməkdaşları həmin şəxsə jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə etdiyinə görə iradlarını bildirdikdə V.Paşayev hədə-qorxu gələrək onları da təhqir etməklə dispanseri tərk edib”.

Bundan başqa, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinin direktoru Əliyeva Ədilə Muradəli qızının, özünü “Vedi inform” qəzetinin redaktoru kimi təqdim edən Vasif Paşayev tərəfindən hədə-qorxu gəlməklə hüquqlarının pozulmasına dair Xəzər rayon Polis İdarəsinə daxil olmuş şikayət ərizəsi araşdırılaraq müəyyən edilib ki, Vasif Paşayev 19 avqust 2010-cu il tarixdə 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinə gələrək, özünü həmin müəssisənin direktoru Ədilə Əliyevaya “Vedi inform” qəzetinin redaktoru kimi təqdim etməklə bəzi qəzetlərdə, o cümlədən işlədiyi qəzetdə barəsində rüsvayedici məqalələrin çap edilməməsi üçün hədə-qorxu gəlməklə 500 manat məbləğində pulunu alıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Vasif Paşayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və dindirilərkən törətdiyi əməlləri etiraf etməklə yanaşı, istintaqa guya “Vedi inform” qəzetində redaktor, “Media press” qəzetində şöbə müdiri və “Demokratik islahatlar və ictimaiyyətlə əlaqələr” monitorinq qrupunun direktoru vəzifələrində işləməsi barədə üç ədəd vəsiqə təqdim edib. Modern.az

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45