Modern.az

Bakıda "Bibimin kafesi" partladı, 2 nəfər yandı

Bakıda "Bibimin kafesi" partladı, 2 nəfər yandı

Təhsil

3 Yanvar 2015, 14:13

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "Bibimin kafesi" ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı